Gəncədə 2 yaşlı uşaq kimyəvi maddə içib zəhərləndi
Gəncə şəhərində azyaşlı oğlan kimyəvi maddə içib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, 2017-ci il təvəllüdlü Yusif Verdiyev yaşadığı evdə yerdə olan “ACE” adlı yuyucu mayeni içib. Nəticədə uşaq zəhərlənib.
Azyaşlı təcili olaraq Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti ağır-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanıb.

