Hadisə 

Gəncədə yaşayış binasında yanğın olub – FOTO

Gəncədə yaşayış binasında yanğın olub.

ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzildə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 5 yanğınsöndürən maşını cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qonşu mənzillərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

Daha çox xəbərlər