Ali məktəblərin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı başlayıb
ARANTV.AZ xəbər verir ki, bu gündən ali məktəblərin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı başlayıb. Ali məktəblərə qeydiyyat sentyabrın 3-dək, kolleclərə qeydiyyat isə avqustun 30-dək davam edəcək. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək. Ümumi orta təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı isə bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 9 illik təhsil bazasında kolleclərə qəbul olanlar təhsil müəssisəsində qeydiyyatdan keçmədikdə bu, onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

