MDB ölkələrinin vergi xidməti rəhbərlərinin iclası keçiriləcək
ARANTV.AZ xəbər verir ki, bu gün Düşənbədə MDB ölkələrinin vergi xidməti rəhbərlərinin Koordinasiya Şurasının iclası keçiriləcək. üzv ölkələrin vergi orqanlarının nümayəndələri iştirak edəcək. Toplantı iştirakçıları rəqəmsal iqtisadiyyat zamanı vergi idarəetmə məsələlərinə dair müzakirələr aparacaqlar. Həmçinin vergi sahəsində informasiya mübadiləsi və digər məsələlər də nəzərdən keçiriləcək.

