Camaat namazında imam surələri qiraət edərkən onun arxasında duranlar da nə isə oxumalıdırlarmı?
Camaat namazında imam surələri qiraət edərkən onun arxasında duranlar da nə isə oxumalıdırlarmı?
Namaz hökmlərinə əsasən, camaat namazında imam (yəni qabaqda namaz qılan şəxs) birinci və ikinci rükətlərdə Quran surələrini oxuduğu zaman arxada duranların bu surələri oxumasına ehtiyac yoxdur. Zöhr və əsr namazlarında qiraət yavaşdan edildiyi üçün imamın səsini eşitməyi gözləmək də lazım deyil, sakit durmaq kifayətdir. Amma bu zaman hər hansı zikri yavaşdan söyləmək müstəhəbdir. Qiraəti ucadan oxunan sübh, məğrib və işa namazlarında isə əgər imamın səsi arxadakı cərgələrə çatsa, bu halda onların həmin surələri oxumasına ehtiyac yoxdur; əgər səs onlara çatmasa, yavaş səslə surələri oxuya bilərlər, amma gərək səslərini ucaltmasınlar. Bütün bunlar namazın birinci və ikinci rükətlərinə aiddir.
Namazın üçüncü və dördüncü rükətlərinə gəlincə, hər kəs özü təsbihati-ərbəəni və ya Fatihəni yavaş səslə oxumalıdır.
