“O uşaq dilənçiliyə meylli uşaq idi…”- Sığınacaqdan qaçan uşaq haqqında AÇIQLAMA
Xəbər verdiyimiz kimi, “Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin Sabunçu rayonu, “Nur” Uşaq Evindəki sığınacaqda saxlanılan 14 yaşlı Vlasov Fərid Ruslan oğlunun həmin sığınacaqdan qaçdığı deyilir.
Bununla bağlı Sonxeber. az adıçəkilən həmin uşaq sığınacağı ilə əlaqə yaradıb. “Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyi və Nur uşaq evinin rəhbəri Aynurə Xudiyeva uşağın artıq tapıldığını deyib. Verilən məlumatda bildirilir ki, uşağın qaçmasına səbəb onun dilənçiliyə meylli olmasıdır:
Burdakı uşaqların hamısı məktəbə gedib-gəlirlər. Biz onlar üçün ayrılmış avtomobillə uşaqları məktəbə qoyub və sonra götürürük. Sürücü də həmin uşağı aparıb məktəbə qoyub və yarım saat sonra həmin uşaq yoxa çıxıb.
O uşaq dilənçiliyə meylli uşaqdır. Biz o uşağın diləndiyi dairələri bilirdik deyə gedib ora gedib baxış keçirdik və onu tapıb gətirdik.
İctimai Birliyin rəhbəri Aynurə Xudiyevin verdiyi məlumata görə, uşaq yoxa çıxandan iki saat sonra Razində İcra Jakimiyyətinin qarşısından tapılıb.
Qeyd edək ki, Sabunçu rayon “Şəfqət Nuru” Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki filialı olan “Nur” Uşaq Evindəki sığınacaqda saxlanılan 14 yaşlı Vlasov Fərid Ruslan oğlu oktyabrın 24-ü saat 13 radələrində sığınacaqdan qaçmağı haqqında məlumatlar yayılmışdı.

