Cəmiyyət 

Göygöldə çoban itkin düşüb

Göygöl rayonunda çoban itkin düşüb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Firuzabad qəsəbəsindəki fermada baş verib.

Həmin fermada özünü kimsəsiz kimi göstərərək çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Əlləzov Məmməd İbrahimxəlil oğlu oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər