Azərbaycanda vəzifəli şəsxin oğlunu avtomobil vuraraq öldürdü
Hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb
Bakı-Sumqayıt yolunda baş vermiş yol qəzası zamanı xəsarət alan piyada dünyasını dəyişib.
1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada keçinib.
Qeyd edək ki, Ü.Vəliyev Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi işləyən Mehdi Vəliyevin oğludur.
Saat 01:33
Bakı-Sumqayıt yolunda, Xırdalan şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan Müzəffər adlı sürücü idarə etdiyi “Daewoo Gentra” markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlunu vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki ayağın sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

