Dünya 

Putin Türkiyənin xarici işlər və müdafiə nazirləri ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin xarici işlər və milli müdafiə nazirləri ilə görüşəcək.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov bildirib ki, V.Putinin bu günə bir neçə işgüzar görüşü və müşavirə planlaşdırılıb:

“Bundan başqa, o, Kremldə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və onların rusiyalı həmkarları Lavrov ilə Şoyqunu qəbul edəcək”.

Daha çox xəbərlər