Oğuzda şagird dərs zamanı yaralandı
Oğuzda şagird dərs zamanı xəsarət alıb.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb.
VI sinif şagirdi Elnarə Şəfiyeva idman dərsində qaçarkən ehtiyatsızlıqdan futbol qapısının dəmir dirəyinə çırpılıb.
Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb.
Onun baş nahiyəsindən xəsarət aldığı bildirilir.

