Bərdədə indiyədək 2602 hektar sahədə taxıl səpini aparılıb
Bu il taxıl zəmilərindən bol məhsul götürən Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri payızlıq səpini davam etdirirlər.
ARANTV.AZ xəbər verir ki, bu günədək 10 min 500 hektar sahədə payızlıq şum qaldırılıb, 975 hektarda buğda, 612 hektarda dən üçün arpa, 1015 hektarda isə xəsil üçün arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 12 min hektarda taxıl səpilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bərdə taxılçıları bu il 11 min 642 hektar taxıl sahəsindən 50 min 170 ton məhsul əldə ediblər. Məhsulun 40 min 52 tonu buğda, 10 min 118 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 44,3 sentner, arpa sahələrində isə 38,9 sentner olub.azərtac

