Metronun “28 May” stansiyası ətrafında biabrçı vəziyyət- VİDEO
Bakı yollarında tıxacdan sonra ikinci bəla taksilərin avtobus dayanacaqlarını zəbt etməsidir. Yolların bir, bəzən də iki, hətta üç zolağının taksilər və avtomobillər tərəfindən zəbt edilməsi süni tıxacların yaranmasına səbəb olur. Bu vəziyyətə Bakının mərkəzi küçələrində dəfələrlə rast gəlirik. Lakin məsələ həllini tapmayan problem olaraq qalır. Rəsmi qurumların məsələyə biganə yanaşması, problemi həll etməməsi haqlı olaraq sakinlərin və sürücülərin narazılığına səbəb olur.
Belə hallardan biri də Bakı şəhəri, metronun “28 May” stansiyası ətrafında yaşanıb. ARANTV.AZ-ın məlumatına görə,ərazidəki biabırçı vəziyyət kənardakı şəxslər tərəfindən lentə alınıb. Videodan da göründüyü kimi, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin və avtomobilini harada gəldi park edənlərin etinasızlığı yolun bir neçə zolağının tutulmasına və daralmasına səbəb olur. Bu eyni zamanda sərnişinlərin də hərəkətinə mane olur.
Sözügedən görüntüləri təqdim edirik:Sonxeber.az

