Kəşmirdə bazara qumbara atdılar: yaralılar var
Hindistanın Cammu və Kəşmir bölgəsində partlayış törədilib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, Srinaqar şəhərində bazara qumbara atılması nəticəsində 10 nəfər yaralanıb.
Hazırda partlayış baş verən ərazi bağlanıb, terrorçuların axtarışları aparılır.
Hadisə ilə bağlı məsuliyyət üzərinə götürən qruplaşma olmayıb.

