Rusiyadan Bakıya gələn mikroavtobus qəzaya düşdü – 7 yaralı
Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğrayıb.
ARANTV.AZ unikal.org-a istinadən xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.
Faktla bağlı araşdırma aparılır.

