Kriminal 

Şəmkirdə qardaş qardaşı bıçaqladı

Şəmkir rayonunda qardaşını bıçaqlamaqda təqsirli bilinən Hafiz Qəzənfər oğlu Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ  “Ölkə.Az” xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xaqani Səmədovun icraatına verilib

Məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin iyun ayında baş verib. Şəmkir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev İntiqam Qəzənfər oğlu qarın nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Əvvəlcə onun ehtiyatsızlıq nəticəsində xəsarət aldığını bildirsə də, sonradan mübahisə zəminində qardaşı tərəfindən bıçaqlandığı məlum olub.

H.Əliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Daha çox xəbərlər