Kriminal 

Bakının mərkəzində BIÇAQLI HÜCUM

Bakıda quldurluq əməli törətmiş şəxs tutulub.

ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

tutulan şəxsin ətrafında əlavə araşdırmalar aparılır.

Daha çox xəbərlər