15 yaşlı oğlan hamamda boğulub öldü
Faktla bağlı araşdırma aparılır
ARANTV.AZ trend.az-a istinadən xəbər verir ki, İmişli rayonunda yeniyetmə oğlan dəm qazından zəhərlənib ölüb.
Hadisə rayonun Şadlinski küçəsi ev 24-də baş verib.
Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü Həsənov Ramazan Bilal oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib.
Yeniyetmə hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

