Hadisə 

Hamilə azərbaycanlı qadın Türkiyədə qəzada yaralandı – VİDEO

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda avtomobillə toqquşan elektrikli motosikletdəki Azərbaycan vətəndaşı 3 aylıq hamilə Məmmədova Sonaxanım yaralanıb.

ARANTV.AZ  open.az-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Kurtuluş Məhəlləsində baş verib.

Hadisə yerinə təcili yardım cəlb edilib. Qəzada yaralanan 28 yaşlı həmyerlimiz xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin yaxşı olduğu bildirilib.

Daha çox xəbərlər