İlon Maskdan etiraf: “Marsda koloniya salmaq mümkün deyil”
“SpaceX” şirkətinin qurucusu İlon Mask etiraf edib ki, Marsda koloniya salmaq mümkün deyil. ARANTV.AZ-ın məlumatına görə, sakinlər üçün şəhərcik qurmaq bir neçə on il vaxt apara bilər. Şəhərciyi lazım olan resurslarla təmin etmək üçün isə Qırmızı planetə bir neçə min dəfə uçmaq lazımdır.
Onun sözlərinə əsasən, Yerlə Mars arasındakı məsafə iki il ərzində cəmi bir dəfə minimal həddə düşür. Bu isə Marsa uçuş üçün ən optimal dövr sayılır. Bunu nəzərə alaraq, Qırmızı planetdə koloniya qurmaq isə 20 il vaxt apara bilər. Bunun üçün isə “Starship” yük gəmisi ilə bir neçə min uçuş həyata keçirmək lazımdır.
Bir müddət əvvəl iş adamı bəyan atmişdi ki, “Starship” gəmisini orbitə göndərmək üçün 900 min dollarlıq yanacaq lazımdır. Gəminin startı üçün isə 2 milyon dollar lazımdır.Sonxeber.az

