Sakit okeanda yeni ada peyda oldu-FOTO
Sakit Okeanın cənub rayonunda sualtı vulkanın püskürməsi nəticəsində yeni ada peyda olub. ARANTV.AZ-ın məlumatına görə, ada Tonqa krallığının paytaxtı Nukualofadan 45 km məsafədə yerləşir.
Yeni adanın uzunluğu 1.8 km, eni isə 1.2 km-dir. Hazırda alimlər adanın səthində stabilliyin olmadığını bildirirlər. Çünki ada istənilən vaxt dağılaraq suyun dibinə gedə bilər. Ada əsasən vulkan materialından ibarətdir.
Adanın yaranmasına səbəb olan vulkan ötən ilin dekabr ayından aktivləşib.
Yerli otel sahibi Canpyero Orbassano dostları ilə adaya üzərək yaxından baxmaq qərarına gəlib. Onun sözlərinə əsasən, adanın səthi hələ də qaynardır. Onlar adanın mərkəzindəki kraterə qədər gediblər. Orada qaz iyi verən yaşıl göl aşkar edilib.Sonxeber.az


