Cəmiyyət 

Müddətli kəbində müddət bitməzdən əvvəl tərəflər ayrılmaq istəsələr nə etməlidirlər?

Müddətli kəbində müddət bitməzdən əvvəl tərəflər ayrılmaq istəsələr nə etməlidirlər?

Adi (müddətsiz) kəbində tərəflər birlikdə yaşamaq istəməslər, ayrılmaq üçün ar öz arvadına talaq verməlidir. Müddətli kəbində isə (buna siğə də deyilir) talaq verməyə ehtiyac yoxdur. Belə ki, müddət bitdikdən sonra tərəflər bir-birindən ayrı sayılır və qadın iddə müddətini gözlədikdən sonra yenidən başqa birisi ilə müddətli və ya müddətsiz nikaha daxil ola bilər. Müddət bitməzdən əvvəl tərəflər ayrılmaq istəsələr, yenə talaq və ya başqa bir ayinə ehtiyac yoxdur. Bu halda, kişi müddətin qalanını qadına bağışladığını söyləyir və bunu qadına elan edir. Bununla da onların müddətli izdivacına son qoyulmuş olur. Qadın iddəni gözlədikdən sonra yenidən başqası ilə kəbin kəsdirə bilər.

Daha çox xəbərlər