Hadisə 

Bakıda ağır qəza: Ölən var

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini İ.İsmayılov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Şərur rayon sakini Firuz Məmmədovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər