Yağış yağan kimi bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdutlaşır. Bu, çox vaxt saatlarla davam edən tıxaclara da səbəb olur.
ARANTV.AZ xəbər verir ki, belə tıxaclardan biri də Bakı-Sumqayıt yolunda müşahidə olunub. Nəqliyyatın hərəkətində sıxlıq yaranmasına əsas səbəblərdən biri yağmurlu hava şəraitində sürücülərin minimum sürət həddini seçməsi və zolaqlardan düzgün istifadə etməməsidir.
Sözügedən tıxacın fotosunu təqdim edirik:Sonxeber.az

