Hadisə 

Bakıda qızları təhqir edən şəxsləri vətəndaşlar belə döydü – YENİ VİDEO

Noyabrın 12-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yolu bağlayaraq qadınları təhqir edən şəxsin yeni görüntüləri yayılıb.

ARANTV.AZ azxeber.com-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə həmin şəxsin ətrafdaklılar tərəfindən döyülməsi öz əksini tapıb.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum ediblər.

Bakı Şəhər Baş Polis idarəsindən verilən açıqlamaya görə hadisəni törədən hər iki şəxs Sabunçu RPİ 13-cü polis bölməsinə gətirilib və onların hadisə zamanı içkili olduqları müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Daha çox xəbərlər