Dünya 

Güclü qar bu ölkədə 140 min evi işıqsız qoydu

Fransanın cənub-şərqində güclü qar səbəbindən 140 min ev elektrik enerjisiz qalıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə “Enedis” şirkətinin məlumatında deyilir.

Məlumatda bildirilir: “Drom, İzer və Ardeş departamentlərində 140 min ev elektrik enerjisiz qalıb. Bizim təmir briqadalarımız səfərbər edilib”.

“BFMTV” telekanalı bildirilir ki, güclü qar nəticəsində İzer departamentində 1 nəfər həlak olub.

Daha çox xəbərlər