Cəmiyyət 

Qoyun başı kəsdiyinə görə barəsində cinayət işi açılan azərbaycanlı danışdı

Rusiyada ictimai yerdə qoyunun başını kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı məsələ ilə bağlı açıqlama verib.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, o bildirib ki, əslində, milli ənənəni icra edib:

“Bizim ənənəyə görə, bəy qonaqları qoyun ətinə qonaq etməlidir, mən Rusiyadakı qaydaları bildiyim üçün, ənənəni bir az pozdum, əvvəldən kəsilməsinə baxmayaraq, qoyunu orada kəsdiyimi düşündülər”, – deyə bəyin atası hadisəyə aydınlıq gətirib.

Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılıb.Oxu.Az

 

Daha çox xəbərlər