Azərbaycanlı hakim 14 dəfə dünya çempionu olmuş komandanın oyununu idarə edəcək
Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov noyabrın 21-dən dekabrın 14-dək Paraqvayın Luke şəhərində keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.
ARANTV.AZ xəbər verir ki, artıq onun ilk təyinat aldığı oyun bəllidir.
Noyabrın 22-də D qrupunda keçiriləcək Braziliya – Oman görüşünün hakimi İnqilab Məmmədov olacaq.
Qeyd edək ki, Braziliya millisi çimərlik futbolunda 14 dəfə dünya çempionluğu adını qazanıb.Oxu.Az

