Cəmiyyət 

Bakıda iki azyaşlı yoxa çıxdı

Bakının iki rayonunda azyaşlılar itkin düşüb.

ARANTV.AZ  xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb.

Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb.

Digər azyaşlı isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb.

Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı onun valideynləri hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

Hər iki faktla bağlı araşdırma aparılır.Oxu.Az

Daha çox xəbərlər