Qurban kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Rusiyadan deportasiya olundu
Qoyun başı kəsdiyi üçün barəsində cinayət işi açılan azərbaycanlı Lütfulla Rzayev Rusiyadan deportasiya edilib.
ARANTV.AZ-ın verdiyi xəbərə görə, Sank-Peterburq polisi onun hərəkətində qəddarlıq əlaməti olmadığını bildirib.
Buna baxmayaraq, o deportasiya edilib və 2022-ci ilin 19 noyabrına qədər, üç il müddətində Rusiyaya gələ bilməyəcək.
Xatırladaq ki, azərbaycanlıya oğluna toy edəndən sonra yaşayış binasının həyətində qurban kəsdiyi iddiası ilə cinayət işi açılmışdı. Oxu.Az

