Manset 

Vidadi İsayev müdrik idarəçilik bacarığı olan rəhbər şəxsdir

Özünün qeyri-adi istedadı, səriştəli idarəetmə qabiliyyəti ilə fərqlənən icra başçılarından birinin də, məhz Vidadi İsayev olması hər kəsə bəlli olan həqiqətdir. Adı çəkilən bu şəxsin yüksək təşkilatçılıq qabiliyyətinə malik olması səbəbindən o, bu gün də rayon ərazisində nəzarəf funksiyasını lazımınca həyata keçirməyi bacarır. Bəli, əslində hansısa şəhərə, yaxud da rayona rəhbərlik edən şəxs idarəçilik prinsiplərini düzgün qurmalı, atdığı addımları ilə hər kəsə nümunə olmalı və düzgün yol göstərməyi də bacarmalıdər.

    Yuxarıda sadaladıqlarımız göstəriciləri özündə cəmləşdirən şəxslərdən biri də, Bərdə rayon İcra Hakimiyyətinin başçısı İsayev Vidadi İsa oğludur. O, 18 aprel 1959-cu ildə Ermənistan Respublikası, Əzizbəyov rayonunun Artavan kəndində anadan olub və 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində (əvvəlki Azərbaycan Pedaqoji İnstitutunda) ali təhsilini başa vurub. 1986-2011-ci illər ərzində müxtəlif vəzifələrdə çalışsa da, Vidadi İsayev İcra Hakimiyyətinə başçı təyin olunduqdan sonra, sanki Bərdə şəhəri özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.  Belə ki, regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı” çərçivəsində atılan addımların hər biri Bərdə rayonundan da yan keçmədi. İcra başçısı qısa zaman kəsiyində lazımi imkanlardan istifadə edib, şəhərin abadlaşdırılması və sürətlə inkişaf etdirilməsi yöndə müdrik addımlarını atdı.

     Dövlətimizin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin, aparılan quruculuq işlərinin yerlərdə hansı səviyyədə icra olunmasının özü də, ümümu əhəmiyyət kəsb edən məsələlərin həllinə ciddi təsir edir.  Bu  kim işlərin öz həllini tapmasında Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayevin gördüyü işlər, gecə-gündüz çəkdiyi zəhmət, yorulmadan çalışması hər kəsin gözü önündə olmuş və bu gün də öz bəhrəsini verməkədir. Məhz, belə bir səbəblər üzündəndir ki, Vidadi İsayevin gördüyü işlər, atdığı addımlar ölkə rəhbəri tərəfindən də lazımınca qiymətləndirildi. O, cənab Prezidentin 21 dekabr 2017-ci il tarixli sərəncamı əsasında Əmək ordeni, 17 aprel 2019-cu il tarixli sərəncamı əsasında isə, Vətənə xidmətə görə ordeni ilə təltif olundu.

   Bəli, bu gün Bərdə rayonu hərtərəfli şəkildə inkişaf edir, rayonda sahibkarlğın inkişaf etdirilməsi üçün, hətta lazımi tədbirlər proqramı da həyata keçirilir. Bunun üçün Rayon İcra Hakimiyyətinin başçısı sahibkalıq fəaliyyəti ilə məşğul olan hər kəsə lazımi şərait yaratmış, təsərrüfat sahiblərinə güzəştli kreditlərin verilməsinə başlanmışdır. Rayonda təmir-tikinti işləri də geniş vüsət almış və bu məqsədlə rayonun parklarında, bulvarında, təhsil müəssisələrinin, müxtəlif yaşayış binalarının ətraf ərazilərində abadlıq işləri həyata keçirilmişdir. Bu gün rayon ərazisində fəaliyyət göstərən bəzi məktəb  binaları təmir olunur, bəzilərində əlavə korpuslar tikilir, kəndlərarası yollar yenidən qaydaya salınır, suya ehtiyacı olan kəndlərə içməli su xətləri çəkilir, kənd və qəsəbələrdə, digər yaşayış məntəqələrində sutəmizləyici qurğular quraşdırılır. Onu da bildirək ki, bugünə kimi 20-dən çox kənddə elektrik şəbəkəsinin yenidən qurulması işləri tam şəkildə başa çatdılılıb.

     Bərdə rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin yüksək səviyyədə aparılmasının kökündə, rayona rəhbərlik edən şəxsin əzmkarlığı, yorulmaq bilmədən çalışması, bacarıqlı və çevik idarəçilik prinsipini ortaya qoyması durur desək, heç də yanılmarıq. Hal-hazırda bu rayondakı nəzərə çarpacaq mənzərə, sürətli inkişaf dinamikasının varlığı onu sübut edir ki, Vidadi İsayev müdrik idarəçilik bacarığını ortaya qoyan, xalqını sevən, torpağına bağlı olan Vətən oğludur.

Aran Media qəzeti

Daha çox xəbərlər