Manset 

Vaqif Həsənovun işgüzarlığı uğurlu addımların atılmasına zəmin yaradır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 avqust 2018-ci il tarixli sərəncamı, Ağdam  rayon sakinlərinin həyatında böyük dəyişikliyə səbəb oldu. Cənab Prezidentin imzaladığı Sərəncam əsasında Vaqif Həsənov Ağdam rayon İcra Hakimiyyətinə başçı təyin olundu və atılan addım, hər bir rayon sakininin ürəyincə oldu. Vaqif müəllim icra başçısı təyin olunduqdan sonra, fəaliyyətinin ilk günlərindən qanunun aliliyini rəhbər tutmağa, vaxtının daha çox hissəsini xalqa xidmət etməyə yönəltdi. O, hər bir ağdamlının dərdini öz dərdi hesab edib, hər kəsin probleminin həllinə çalışdı. Cənab başçı hər həftə İcra Hakimiyyətində vətəndaşları qəbul edir, onların problemlərinin həlli istiqamətində qətiyyətli addımlarını atır və fasilə vermədən rayonun kənd və qəsəbələrinə gedib vətəndaşları qəbul edir, problemli məsələlərin yerində öyrənilməsinə üstünlük verir və həlli mümkün olan məsələləri yerindəcə həll etdirir. Bu gün Ağdam rayonuna məxsus torpaqların bir hissəsi işğal altındadır. Düşmənin atdığı mərmilər səbəbindən bir çox evlərə zərər dəymişdir. Vaqif Həsənov cənab Prezidentin təmas xəttində zərər çəkmiş evlərin bərpası ilə bağlı imzaladığı sərəncamın yerinə yetirilməsini zamanı şəffaflığa imza atıb, uğurlu yanaşmasını ortaya qoydu. Bütün evlər yüksək səviyyədə, müasir üslubda bərpa olundu. Ağdam rayonunda əhalinin daha çox hissəsi kənd təsərrüfatı işləri ilə məşğul olur. Bunun üçün onlara münbit torpaq sahələri lazımdır. İcra başçısı qısa zaman kəsiyində bu məsələni də həll etdi və əkinə yararlı torpaq sahələrini daha çox imkansız şəxslərə ədalətli şəkildə paylatdırdı.

   Bütün bunlardan əlavə, Ağdam rayonu qədim tarixə malik olan bir rayonlardan biridir. Rayonun Xındırıstan kəndində yerləşən və öz qədimliyi lə fərqlənən “Xındırıstan məscidi”ndə, bu gün əsaslı təmir-bərpa işləri həyata keçirilir. Kəndarası yollar müasir standartlara uyğun yenidən təmir olunur.

    Vaqif Həsənov təhsil müəssisələrinin istilik sistemləri ilə təchiz olunması istiqamətində də uğurlu addımlarını atır və belə bir məsələnin tezliklə həll olunmasına çalışır. Hər kəs görür ki, o, bu gün rayonda milli dəyərlərimizin qorunması və vətənpərvərlik əhvali-ruhiyyəsinin yüksəldilməsi məqsədilə çox böyük işlər görür. Rayon rəhbərliyinin təşəbbüsü ilə, mütəmadi olaraq “Şəhidlər ölməzdir” adlı silsilə tədbirlər proqramıları həyata keçirilir. Belə bir tədbirlərin keçirilməsi də, gənc nəslin vətənpərvərlik əhval-ruhiyyəsində formalaşmasına ciddi təsir göstərir. Biz də keçirilən bu cür tədbirlərin davamlı olmasını arzulayırıq. Ağdam rayonu işğala məruz qaldığına görə, bu gün də əhalinin bir hissəsi digər rayonlarda yaşamağa məcbur olublar. Belə bir halın varlığına baxmayaraq, icra başçısı hər bir ağdamlının qayğısına qalır, problemlərinin həllinə köməklik göstərir. O, tez-tez Bərdə və Zaqatala rayonlarında məskunlaşan ağdamlılarla görüşlər keçirir və onların hər biri ilə çox mehriban münasibət də qurur. Vaqif müəllim ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan, ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətə ciddi dəstək verən şəxslərdən biridir.

  Bir faktı da qeyd edək ki, Ağdam rayon rəhbərliyi ötən illər ərzində cənab İlham Əliyevin tövsiyyə və tapşırıqlarına sədaqətlilik nümayiş etdirib. Bu şəxsin rayona rəhbərlik etdiyi dövr ərzində görülən işlərin hər biri, məhz sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına və yüksəldilməsinə səbəb olub. Buna görə də o, bütün sakinlərin sevimlisinə çevrilib. Bir müddət bundan öncə Ağdam rayonunda gözəl bir qəsəbə tikilib istifadəyə verildi. Həmin qəsəbədə yaşayan sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasında Vaqif Həsənov yaxından iştirak etmiş, onların problemlərinin həllinə də nail olmuşdur. Bir rayona rəhbərlik etmək, sakinlərə gözəl yaşayış şəraiti bəxş etmək böyük məsuliyyət tələb edir. Belə bir məsuliyyətin öhdəsindən gəlmək üçün, şəxsən Ağdam rayon İcra Hakimiyyətinin başçısına uğurlar arzulayırıq. İnşallah torpaqlarımız tezliklə düşmən tapdağından azad olunacaq və işğaldan azad olunmuş torpaqlarda yenidənqurma işləri də həyata keçiriləcək. Yəqin ki, həmin işlərin həyata keçirilməsi cənab Vaqif Həsənova da qismət olacaq və bu kimi işlərdə cənab Başçıya uğurlar arzu edirik

Aran Media qəzeti

Daha çox xəbərlər