Hadisə 

Masazırda “Porsche” yandı – VİDEO

Bu dəqiqələrdə Abşeron rayonu Masazır qəsəbəsində avtomobil yanması hadisəsi qeydə alınıb.

ARANTV.AZ avtosfer.az-a istinadən xəbər verir ki, 90-PS-727 qeydiyyat nişanlı “Porsche” markalı avtomobildə baş verən qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğında Mühafizə Xidmətinin əməkdaşları cəlb edilərək yanğının qarşısını almağa çalışıblar.

 

Daha çox xəbərlər