Cəmiyyət 

“Allah həddini aşanları sevməz!” -Hacı Əhlimandan 120 min manatlıq başdaşına MÜNASİBƏT

“Bir yerdə öyrənmişəm ki, 120 min manatlıq qara mərmərdən baş daşı qoyurlar. Biz bunun əleyhinəyik, bu meşşanlıqdan da pis haldır”.
ARANTV.AZ-ın məlumatına görə, bu sözləri İTV-də yayımlanan “Sabaha saxlamayaq” verlişində qonaq olan etnoqraf Təvəkkül Səlimov deyib. Bu sözlər sosial şəbəklərdə birmənalı qarşılanmayıb. Belə addım atanlar qınanılıb.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən azərbaycanlı ilahiyyatçı- alim, din xadimi, Hacı Cavad məscidinin axundu Hacı Əhliman ölən şəxsə belə dəbdəbəli qoyulan qəbir daşları haqqında danışıb. O, qeyd edib ki, ölən şəxsin qəbri fərqlənsin deyə, yalnız nişan qoyula bilər. Özü də bunun şəriətdə yalnız torpaqdan olması nəzərdə tutulur:

“Şəriətimizə görə, insan dünyasını dəyişəndə vacibdir ki, onu üzü qibləyə çevirsinlər, insan canın tapşırandan sonra ona qüsl versinlər, kəfənə büksünlər, aparıb dəfn etsinlər. Bir də qəbri yerdən bir qarış hündürlükdə olsun. Ölən şəxsin qohumu, tanışı həmin qəbri tanısın deyə ora bir dənə də əlamət qoysunlar. Şəriətdə bu qədərini tövsiyyə edir. Kimsə baş daşı da qoymasa, o qəbir də itib getsə və mərhumun yaxınları da həmin qəbrin harda necə olduğunu bilməsə belə bunun da şəri cəhətdən problemi yoxdur. Fərz edək ki, rəhmətə gedən qeyri- adi insandır, yəni imam, peyğəmbər, müqəddəs adam, alim olsa, bu zaman onların baş daşının bir formada fərqlənməyinin eybi yoxdur. Söhbət qəbri topaqla düzəltməkdən gedir. Bundan o tərəfi şəri sayılmır. Şəxslərin öz işləridir. Şəriətdə məhz qəbir daşı barəsində deyilməsə də buyurulur ki, “Yeyin, için, geyin, yaşayın, amma israf etməyin. Allah israf edənləri sevməz. Yaxud da Allah həddini aşanları sevməz”.
Hacı Əhliman həmçinin qeyd edib ki, qəbir daşına o məbləğdə pul xərcləyən şəxsləronlar o qədər pulu verib qəbirstanlığın yolunu düzəltsə, su çəksə, bərk istilərdə, yağışda-qarda, cənazəni qoyub namaz qılmaq üçün çardaq tikdirsə daha yaxşı olar.Sonxeber.az

Daha çox xəbərlər