Qayıqla Xəzərə çıxan iki nəfər itkin düşüb
Dünən axşam saatlarında Dənizkənarı Milli Park yaxınlığında içərisində iki nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb. ARANTV.AZ xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin iki ədəd helikopteri və iki ədəd…
