Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətə gətirilib

Bakıda keçiriləcək “Dəniz kuboku-2018” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir. Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu yarışlarda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib. Sübhan…

Daha çox ..

Nazirlik işsizlərə və işəgötürənlərə müraciət etdi

Müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər. Lakin bir sıra hallarda onlar bu hüquqları barədə məlumatsız olduqları üçün həmin sığorta ödənişini almaq üçün müraciət etmirlər. Eləcə də bəzi müəssisələrin işəgötürənləri də bu…

Daha çox ..

“Xaş-Xaş 2018”: 9 ton narkotik tutuldu

İyul ayının 28-dən 31-dək respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyatı qurumları əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə “Xaş-Xaş 2018” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. ARANTV.AZ xəbər verir ki, xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar…

Daha çox ..

Kirpik qaynağı etdirən məşhur aktrisamız görün nə günə düşdü – FOTO

Tanınmış aktrisa Ülviyyə Xəlilbəylidən üzücü xəbər var. ARANTV.AZ xəbər verir ki, aktirisanın başına gözləmədiyi iş gəlib. Belə ki, 7 ay öncə kirpik qaynağı etdirən Ülviyyənin kirpikləri tökülüb. Hələ bu azmış kimi, aktrisanın gözü şişərək, yanaqlarına doğru göyərmə verib. Hadisədən sonra, uzun müddət müalicə alan Ülviyyə, bir daha kirpik qaynağı etdirməyəcəyini də bildirib. Qeyd edək ki, Ülviyyə…

Daha çox ..

Yıldız Tilbe ilk dəfə Bakıya gəlir – VİDEO

Türkiyə qədər Azərbaycanda da sevilən məşhur müğənni Yıldız Tilbe Bakının qonağı olacaq. ARANTV.AZ xəbər verir ki, ilk dəfə Azərbaycana səfər edəcək ifaçı oktyabrın 13-ü Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Tilbe gecədə repertuarının sevilən mahnılarını səsləndirəcək. Konsertin biletləri tezliklə satışa çıxarılacaq. Qeyd edək ki, Yıldız Tilbe son aylar məşhur müğənnilərlə ərsəyə gətirdiyi “Yıldızlı şarkılar” albomu ilə…

Daha çox ..

Bakıda daha bir süpürgəçi qadını maşın vurdu

Bakıda süpürgəçini maşın vuraraq öldürüb. ARANTV.AZ xəbər verir ki, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır. axar.az

Daha çox ..

Zaxarova rus deputatların Cocuq Mərcanlıya səfəri barədə

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini aydın şəkildə ifadə edir və bu mövqe sistematikdir. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri “Sputnik”ə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Moskvanın mövqeyindən danışarkən deyib. Rusiyalı deputatların Cocuq Mərcanlıya səfərinə münasibət bildirən Zaxarova deyib ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı…

Daha çox ..

Olimpiya çempionu arvadı ilə çəkdirdiyi şəklə görə cəzalandırıldı – FOTO

Altıqat Olimpiya çempionu, amerikalı üzgüçü Rayn Lokti Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən 14 aylıq cəzalandırılıb. ARANTV.AZ xəbər verir ki, buna səbəb idmançının sosial şəbəkədə yerləşdirdiyi şəkil olub. Məşqlərdən sonra həyat yoldaşı ilə bərpa prosedurları çərçivəsində sistem köçürülməsi zamanı çəkilmiş şəkil Amerika Antidopinq Agentliyinin (USADA) rəsmilərinin diqqətini çəkib. Qaydalara əsasən, idmançıların 12 saat ərzində inyeksiya vasitəsilə yüz ml həcmdən…

Daha çox ..

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi bu gün başa çatır

İyulun 30-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin biologiya və fiziki tərbiyə üzrə keçirilmiş test imtahanlarında 2 min 935 nəfər iştirak edib. ARANTV.AZ xəbər verir ki, Təhsil Nazirliyindən trend-ə verilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq fizika üzrə 59, texnologiya üzrə isə 56 bal qeydə alınıb. İyulun 31-də keçirilən coğrafiya və fiziki tərbiyə üzrə…

Daha çox ..

Bakıda 12 yaşlı oğlan itkin düşdü

Bakıda 12 yaşlı oğlan itkin düşüb. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, paytaxtın Xətai rayon sakini Xəyalə Rəsulova rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 2006-cı il təvəllüdlü Emin Elməddin oğlu Balayevin yaşadığı evdən getdiyini və qayıtmadığını bildirib. Faktla bağlı araşdırma aparılır

Daha çox ..