Debütant millimizin Avropa çempionatındakı oyunları – TƏQVİM
Yeni yaradılmış mini futbol üzrə millimiz ilk dəfə olaraq mötəbər turnirdə iştirak edəcək. ARANTV.AZ xəbər verir ki, avqustun 12-18-i aralığında Ukraynanın paytaxtı Kiyevdə mini futbol üzrə Avropa çempionatı keçiriləcək. D qrupunda yer almış yığmamızın rəqibləri son dünya çempionları Çexiya, son Avropa çempionatının bürünc medalçısı Macarıstan, eləcə də Serbiya və Türkiyə milliləridir. Artıq yığmamızın oyun qrafiki də bəllidir. Belə ki, ilk gündə millimiz Bakı vaxtı…
