Qarabağ separatçıları Mingəçevir SES-i vurmaqla təhdid etdilər

Lazım gəlsə, biz Mingəçevir SES-ə zərbə endirəcəyik. ARANTV.AZ oxu.az-a xəbər verir ki, bu fikirləri Qarabağdakı erməni separatçılarının komandiri Levon Mnatsakyan səsləndirib. O bildirib ki, Mingəçevir SES hədəf kimi separatçıların taktiki planına daxil edilib. “Hərb sənəti bu cür hərbi obyektlərə zərbələr endirilməsini tələb edir. Bu, iqtisadiyyata zərər verəcək və düşmənin silahlı qüvvələrinin müvafiq resurslarla təminatına mane olacaq. Bu…

Daha çox ..

Azərbaycandan Avropaya narkotik keçirmək istəyənlər saxlanılıb

Külli miqdarda narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb. ARANTV.AZ xəbər verir ki, daxil olan məlumat əsasında Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Danimarkaya “İşıqlandırma avadanlıqları” yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Aparılan yoxlama nəticəsində qoşqunun təkərlərinin…

Daha çox ..

Daha bir “Abad həyət” sakinlərin istifadəsinə verilib

ARANTV.AZ xəbər veir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırlamasına diqqət yetirilir. Bir çox küçə və prospektdə yaşayış  və parkların müasir, zövq oxşayan forma və üslubda bərpası, yol infrastrukturunun yenidən qurulması davam etdirilir. Bakının hər yerində olduğu kimi Yasamal  rayonunda da abadlıq işləri aparılır. Həyata keçirilən abadlaşdırma…

Daha çox ..

DİM qəbul imtahanları keçirəcək

ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi iyulun 29-da inzibati dövlət qulluğu vəzifələri üzrə test imtahanı keçiriəcək. İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı iyulun 27-də başa çatır. Dövlət qulluqçularının reyestri üzrə statistik məlumatlara əsasən, inzibati rəhbər vəzifə üzrə ümumilikdə 1162 vakant yer var. İmtahan kompüter vasitəsilə aparılacaq. Müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun…

Daha çox ..

“Dedi ki, rəhmətə gedənim var, adımı əvvələ yaz” — Tacir Şahmalıoğlu

Tanınmış müğənni Tacir Şamalıoğlu məclislərdən birində şahidi olduğu maraqlı əhvalatı canlı efirdə danışıb. ARANTV.AZ-ın məlumatına görə, “Onda başladıq” verilişində qonaq olan müğənninin danışdığı əhvalat gülüşlə qarşılanıb: “Bölgələrdən birində toydayıq. Məclisdən əvvəl bir nəfər rəqs edəcək insanların siyahısını hazırlayırdı. Bir neçə nəfərin adı yazıldı. Gördüm ki, bir nəfər kövrəlmiş halda kənarda dayanıb. Siyahını yazan adam soruşdu…

Daha çox ..

XİN: Yunanıstanda ölən və yaralananlar arasında Azərbaycanlı yoxdur

Yunanıstanda baş verən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşları yoxdur”. ARANTV.AZ  xəbər verir ki, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. “Azərbaycanın Yunanıstandakı səfirliyindən verilən məlumata görə bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması qeydə alınmayıb. Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları…

Daha çox ..

Polisdən əməliyyat — 3,5 ton narkotik məhv edildi

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. ARANTV.AZ xəbər verir ki, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5…

Daha çox ..

“Space”in əməkdaşı yarım milyon pul “atıb”

“Space TV”-nin əməkdaşı dələduzluqla bağlı axtarışa verilib.  ARANTV.AZ   Baku.ws-ə istinadən xəbər verir ki, axtarışa verilən şəxs “Elif media” şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar “Xəzər TV”-nin əməkdaşı kimi çalışıb, “Space TV”-də yayımlanan “İşimiz var”, indi isə “Yerimdəyəm” və “Praym şok” verilişlərinin layihə rəhbəri olub. 2017-ci ildən etibarən insanlardan dövlət rüsumu adı ilə…

Daha çox ..

Laosda 6 kənd sular altında qaldı, yüzlərlə itkin…

Laosun cənub-şərqində Attapeu əyalətində yerləşən su anbarının çökməsi nəticəsində çoxlu sayda insan həlak olub. ARANTV.AZ xəbər verir ki, anbarın çökməsi nəticəsində 6 kənd sular altında qalıb. Yüzlərlə insanın itkin düşdüyü bildirilir. Ölkənin baş naziri kabinet iclaslarını təxirə salaraq dərhal hadisə yerinə yollanıb. Yerli qurumlar bölgə əhalisi üçün qida və tibbi ləvazimat dəstəyi göstərilməsi üçün çağırış…

Daha çox ..

“I divizionda yeni komanda olmayacaq” – Elxan Məmmədov

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. ARANTV.AZ apasport.az-a istinadən xəbər verir ki, toplantıdan sonra jurnalistlər üçün brifinq keçirən AFFA-nın baş katibi Elxan Məmmədov qərarlarla bağlı məlumat verib. – İlk olaraq, iclasda hansı qərarlar qəbul olundu? – İcraiyyə Komitəsinin hələ iki ay əvvəlki iclasında I divizion məsələsi müzakirə olunmuşdu. O zaman biz Klublar Komitəsi və Məşqçilər…

Daha çox ..