“Dedi ki, rəhmətə gedənim var, adımı əvvələ yaz” — Tacir Şahmalıoğlu

Tanınmış müğənni Tacir Şamalıoğlu məclislərdən birində şahidi olduğu maraqlı əhvalatı canlı efirdə danışıb.

ARANTV.AZ-ın məlumatına görə, “Onda başladıq” verilişində qonaq olan müğənninin danışdığı əhvalat gülüşlə qarşılanıb:

“Bölgələrdən birində toydayıq. Məclisdən əvvəl bir nəfər rəqs edəcək insanların siyahısını hazırlayırdı. Bir neçə nəfərin adı yazıldı. Gördüm ki, bir nəfər kövrəlmiş halda kənarda dayanıb. Siyahını yazan adam soruşdu ki, nə olub? Dedi ki, mənim rəhmətə gedənim var, xahiş edirəm, adımı əvvələ yaz, oynayım, gedim”.

Qeyd edək ki, “Onda başladıq” verilişinin informasiya dəstəkçisi “Ölkə.Az” saytıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.