Kriminal Bakı sakini qonşusunu bıçaqladı By Vüsal Rafiqoğlu 05.02.2021 1 Min Read Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Aşıq Qərib küçəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Həsənov Həsən Sərxan oğlu qonşusu ilə əlbəyaxa dava zamanı qonşusu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.