Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Robert Sekuta Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışdı – FOTO

By Vüsal Rafiqoğlu
11.02.2021 3 Min Read

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri hazırda Xəzər Siyasət Mərkəzinin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri Robert Sekuta Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan və region üçün əhəmiyyətindən danışıb.

O bildirib ki, nəhəng, iddialı və kompleks layihə adlanan Cənub Qaz Dəhlizi (CQD) Avropa ölkələrinin enerji təhlükəsizliyi və suverenliklərinin, habelə vətəndaşlarının rifahının gücləndirilməsinə xidmət edir:

“CQD-nin 2020-ci ildə müvəffəqiyyətlə başa çatdırılması, uğurlu özəl sektor tərəfdaşları ilə birgə işləyən fərqli bir qrup dövlətin nə qədər israrlı olduğunu göstərir. Əlbəttə ki, Vaşinqton və digər paytaxtlar, habelə layihəni milli siyasətdən və diplomatik təşəbbüslərdən qazma platformalarına, eləcə də minlərlə kilometrlik borulara çevirən müəssisələr və maliyyə qurumları, müvəffəqiyyətə nail olduqlarını qeyd etmək hüququna malikdirlər. Bununla belə, qarşıda yeni mərhələlər var. Avropa və digər dövlətlərin iqlim böhranı ilə mübarizə aparmaq üçün istixana qazı emissiyalarını azaltmağa çalışdıqları bir vaxtda, təmiz yanacaq kimi qaza olan ehtiyac davam edəcək. Təbii qaz karbon qazının daha az olduğu gələcəyə keçidin əsas elementi olacaq”.

Robert Sekutanın fikrincə, Cənub Qaz Dəhlizi enerji siyasətinin BTU-lardan (istilik vahidi), kilometrlərlə boru kəmərlərindən, elektrik ötürmə sistemlərindən, çıxarılan neft barellərindən və kubmetrlərlə təbii qazdan daha mühüm olduğunu sübut edir:

“İstər bir ev, istərsə də iş üçün təhlükəsiz enerji təchizatı vacibdir. Enerji ölkələrin təhlükəsizliyi, rifahı və suverenliyinin əsası, həmçinin ABŞ-ın on illərdir ki, digər ölkələrin enerji təhlükəsizliyini öyrəndiyi və onu dəstəklədiyi bir nöqtədir. Bu işin reallaşması, təbii ki, ABŞ-ın Azərbaycan, Avropa Birliyi, Türkiyə, Ukrayna və digərləri ilə diplomatik fəaliyyətlərində uzunmüddətli faktor rolunu oynayıb. Qaz kəməri ya ölkənin sərbəst fəaliyyətini məhdudlaşdırmaqdan ötrü bəzi güclərin istifadə etdiyi cilov, yaxud birgə əməkdaşlıq və dəstək üçün bir dəhliz ola bilər. Bu reallığı dərk edərək, həm Respublikaçı, həm də Demokrat administrasiyalar enerji tədarükünün artırılması və şaxələndirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və digər səylərin həyata keçirilməsi istiqamətində çalışırdılar.

Bununla yanaşı, dövlətlərin siyasi və diplomatik gücləri uğurlu boru kəməri və ya digər enerji layihəsini həyata keçirməyə kifayət etmir. Bu işdə uğurlu olmaq üçün enerji layihəsi ticari baxımdan əhəmiyyətli olmalıdır. Cənub Qaz Dəhlizi dövlətlər və şirkətlər arasında güclü bir tərəfdaşlıq sayəsində başladıldı və həyata keçirildi. Layihədə iştirak edən enerji şirkətləri və tədarükçüləri arasında möhkəm ortaqlıqlar, habelə bu şirkətlər və dövlətlər arasında yaxşı kommunikasiya əlaqələri və güclü tərəfdaşlıq var idi. Hökumətlər və şirkətlər arasındakı güclü əməkdaşlıq və əlaqələr, texniki mükəmməlliyə nail olma, ümumilikdə qəbul olunmuş iş təcrübələri və layihənin mürəkkəbliyi nəzərə alındıqda, toplam xərcin 40-45 milyard dollar məbləğində olacağı gözlənilirdi. Lakin layihənin ümumi xərcinin 33 milyard dollar ətrafında olduğu bildirilir. Cənub Qaz Dəhlizinin tamamlanması, Avropanın və ümumdünya enerji təhlükəsizliyinin artırılmasına əlavə dəyər qata bilər”.

İtaliya, Yunanıstan, Türkiyə və digər əsas CQD tərəfdaşlarını qazla təmin etməklə yanaşı yeni Trans-Adriatik Boru Kəmərinin CQD qazını Bolqarıstana nəql edəcəyini deyən sabiq səfir əlavə edib ki, bu sistem daha da genişləndirilə, növbəti mərhələdə Albaniya və Qərbi Balkanlarda yeni bazarlara çıxış imkanı əldə edə bilər:

“Bu, Türkiyənin 2021-ci ildə yaratmaq istədiyi fyuçers bazarı olan İstanbulda enerji mübadiləsi qurma planlarını asanlaşdıra bilər. CQD-nin TANAP seqmentinin Şərqi Aralıq dənizindən qaz nəqlinə və Türkiyənin enerji mərkəzinə çevirilmək üçün göstərdiyi səylərə kömək edə biləcəyi düşünülür. Mütəxəssislər Xəzər dənizinin Dostluq yatağında neft və qaz hasilatına icazə vermək üçün illərdir davam edən ikitərəfli mübahisələrə son qoymuş Azərbaycan və Türkmənistan arasındakı 2021-ci il yanvar müqaviləsinin şərtlərinin formalaşmasına kömək etdiyindən, CQD-nin tamamlanmasını yüksək qiymətləndirirlər. Tamamlanmış Cənub Qaz Dəhlizi, Xəzər dənizi boyunca qaz kəməri çəkildikdən sonra, Türkmənistandan qərbə qaz ixrac etmək üçün də lazımi imkanı təmin edə bilər. Türkmənistan hazırda boru kəməri qazını yalnız bir alıcıya – Çinə ixrac edir və təkcə 2020-ci ildə Çinə 6 milyard dollar dəyərində qaz satıb. Dünyanın ən böyük təbii qaz yataqlarından birinə sahib olan Türkmənistan, yeni bazarlara xeyli miqdarda satış edə bilər. Təchizatçılar da müştərilər kimi, müxtəlif tərəfdaşlardan faydalanırlar”.

Xəzər Siyasət Mərkəzinin İqtisadi və Enerji Proqramları üzrə rəhbəri qeyd edib ki, layihənin son seqmentində ticari əməliyyatlara başlanılması Cənub Qaz Dəhlizi layihəsinin başa çatdığını göstərə bilər, eyni zamanda bu, hökumətlərin özəl sektorla ortaq şəkildə hansı uğurlara nail ola biləcəyinin də vacib modelini təqdim edir:

“Enerji təhlükəsizliyini artırmaq və dəyişən beynəlxalq enerji ehtiyaclarını ödəmək məqsədi,  Xəzər regionu ilə daha çox maraqlanmağa zəmin yaradır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Baş infeksionistdən uşaqlarla bağlı HƏYƏCAN TƏBİLİ

Next

Neçə yaşınadək uşaqlar maska taxmamalıdır? – AÇIQLAMA

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv