Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Palma yağlarının təhlükəsi – Azərbaycanda 2 milyon ton süd çatışmazlığı var – ARAŞDIRMA

By Vüsal Rafiqoğlu
04.03.2021 3 Min Read

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki il öncə dərc etdiyi hesabatda deyilir ki, palma yağından istifadə piylənməyə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır.

Azərbaycan əhalisinin də bir qisminin bu yağdan istifadəsini nəzərə alsaq, onun ziyanları ilə bağlı mütəxəssislər tərəfindən edilən həyəcan təbilini göz ardı edə bilmərik.

Xatırladaq ki, bu yağın əsas istehsalı əsasən Hindistan, Malaziya və İndoneziyada həyata keçirilir və bir çox ölkələrə idxal olunur, lakin ondan imtina edən ölkələr də  az deyil.  İlk olaraq bu yağın idxalını Fransa qadağan edib.

İdxalı dayandıran ölkələr arasında Danimarka, Litva və İtaliya da yer alır. 2023-cü ildə isə Avropa İttifaqına daxil olan digər ölkələr də palma yağının idxalını tamamilə dayandıracaqlar.

Azərbaycan isə bu yağın idxalını qadağan edə bilmir. Təkcə ötən il 55 milyon dollarlıq palma yağı idxal olunub.

Bunun səbəbi nədir? Niyə ölkəmiz onun idxalının qarşısını almır. Mövzunu ekspert Vahid Məhərrəmovla davam etdirdik.

O, Bizim.Media-ya açıqlamasında ölkə olaraq yağ təlabatımızı ödəyə bilmədiyimizi dedi:

“Ona görə də yağ, pendir, xama, süd məhsullarında da palma yağından istifadə olunur. Siz təsəvvür edin ki, 1 kq kərə yağı almaq üçün 25 litrə yaxın  təbii inək  südü lazımdır. Ölkədə kərə yağı əhalinin 1/3-nin tələbatını ödəyə bilir”.

“Azərbaycanda təxminən 25 min tona yaxın kərə yağı istehsal edilir. Bu rəqəm 75 min ton olmalıdır. Nazirlər Kabinetinin müəyyən etdiyi istehlak səbətində adambaşına ildə 7.7 kq kərə yağı düşür. Biz kərə yağı istehsalında geri qalırıq”.

“Azərbaycan  tələbatının yarısı qədər süd istehsal edə bilmir. Ümumdünya Ticarət Təşkilatı Azərbaycan üçün müəyyən edib ki, 4 milyon ton süd istehsal etməlidir. Ölkəmiz isə 2 milyon ton süd ərsəyə gətirir. Adambaşına il ərzində 405  kq  süd, kərə yağı pendir və digə süd məhsulları düşməlidir. Lakin biz bu ehtiyacımızı qarşılaya bilmirik”.

Ekspert bildirdi ki, ölkəyə gətirilən palma yağı satışda yoxdur:

“Əsasən emal müəssisələri bu yağdan istifadə edir. Palma yağı kəsmik, xama, dondurmada yağlılığı artırmaq üçün lazım olur. Əlbəttə ki, bu, yolverilməzdir. İstehsalçılar aldadılır. Bu qidaların hər birinin tərkibində təbii məhsullar olmalıdır. Qablaşdırmasında isə tərkibi açıq-aydın qeyd edilməlidir”.

“Palma yağı sözünü elə  yazırlar ki, istehsalçıların bundan xəbəri belə olmur. Palma yağı insanlarda aslılıq yaradır. Təəssüflər olsun ki, biz palma yağının mənşəyini təhlil edə bilmədyimiz  üçün deyə bilmirik ki, ziyanlıdır, ölkəyə idxalı dayandırılsın”.

“Bunun üçün xüsusi laboratoriya, tədqiqatçılar olmalıdır. Palma yağı ucuz başa gəldiyi üçün istifadə olunur. Yağ tələb olunan qidaları heç kim kərə yağı ilə hazırlamır”.

Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin də münasibətini öyrəndik. Qurumdan bildirildi ki, Azərbaycanda bu yağın təyinatı üzrə istifadə edilməsinə heç bir maneə yoxdur:

“Müxtəlif növ qənnadı məmulatları, dondurma və bir çox şirniyyatlarda bu yağlardan istifadə olunur. Ümumiyyətlə, palma yağı qida sənayesində istifadəsinə görə dünyada ən geniş yayılmış yağlardan biridir”.

“Tərkibinə palma yağı əlavə olunmuş və təbii kərə yağı adı ilə müştərilərə təklif edilən yağın satışı isə istehlakçıların hüquqlarının pozulması səbəbi ilə qadağan olunur”.

Qida üzrə mütəxəssis Şəhla Hüseynovanın fikri isə belədir, alıcılar adi selofanlara bükülüb satılan yağları almamalıdırlar, çünki bu yağların mənşəyi bilinmir:

“İstehlakçının tam haqqıdır ki, məhsulunun sertifikatını tələb etsin”.

Həkim Mətanət Nəcəfova hesab edir ki, bu tip yağlar piylənməni artırır, artıq çəki problemi yaradır:

“Orqanizmin lipit spektorunu  artıra bilir. Trans yağların həzmi çətin olur. Bu tip yağlar mədəaltı vəzi yükləyə bilir. Mədəaltı vəzi ağırlaşdırdığı üçün köp və  metarizm kimi xəstəliklərə səbəb olur. Bu yağın miqdarı çox olanda insanda həzm prosesi çox çətin gedir. Bundan başqa, xolistirin yüksəkliyi, ürək-damar, onurğanın qığırdaq toxumasının xəstəliklərini yaranmasına səbəb olur.

Tədqiqatlarda göstərilir ki, palma yağının orqanizmə təsiri dünya miqyasında geniş müzakirə mövzusu olsa da, indiyə qədər insan sağlamlığına hər hansı bir mənfi təsiri elmi cəhətdən sübuta yetirilməyib.

Sadəcə olaraq bu yağı da təyinatı üzrə istifadə etmək lazımdır.  Beləki palma ağacının meyvəsindən iki növ (meyvə əti və çəyirdək) yağ emal edilir.

Emal olunmuş yağ texniki məqsədlər üçün, yaxud da məişətdə istifadə olunur. Texniki məqsədlər üçün kosmetik vasitələrin, sabunların tərkibində, məişətdə isə kulinariyada istifadə olunur. Məişət üçün nəzərdə tutulan palma yağı 200 dərəcədən artıq qızdırıldıqda insan orqanizmi üçün zərərli olur, lakin bu hal digər yağ növlərinə də (kərə və ya duru yağlar) aiddir.

Əgər texniki məqsədlər üçün nəzərdə tutulan yağ məişətdə istifadə olunarsa, bu da insan orqanizmi üçün zərərlidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan dünyada 38-ci olub

Next

Sabah yağış yağacaq – Proqnoz

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv