Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Kriminal

Anasının qəssabla münasibətindən şübhələndi: “Gecə ətin pulunu gətirəndə…” – Təfərrüat

By Vüsal Rafiqoğlu
11.03.2021 3 Min Read

Beyləqanda qətlə cəhd hadisəsi törətməkdə təqsirli bilinən 2002-ci il təvəllüdlü Nurlan Ataşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ARANTV.AZ-ın xəbərinə görə, Nurlan Ataşov 2019-cu ilin təxminən iyul ayından başlayaraq anası Lətafətin Mil qəsəbəsində qəssab işləyən həmkəndlisi Nəciməddin Mehdizadə ilə yaxın münasibətdə olmasından şübhələnib.

O, anasının hərəkətlərini kənd camaatı arasında özünün alçaldılması və ləyaqətinin təhqir edilməsi kimi qəbul edib, bu barədə anasına dəfələrlə irad bildirib. 18 avqust 2019-cu il tarixdə, saat 23 radələrində anasının evdə olmadığını görüb və onun Nəciməddin Mehdizadə ilə birlikdə olmasından şübhələnib. Evin mətbəxindən bıçaq götürüb və üzərində gizlədib.

Nurlan Ataşov anasının Nəciməddin Mehdizadənin Mil qəsəbəsindəki evi yaxınlığında olan su borusunun üstündə oturaraq söhbət etdiyini görüb. Onlara yaxınlaşanda anası Lətafət Ataşova oradan qaçıb. Nurlan Nəciməddin Mehdizadəyə bıçaqla xəsarət yetirib və onu öldürmək üçün söhbət etmək bəhanəsi ilə yaşadığı evin qarşısına gətirməyə çalışıb.

Onun bu hərəkətlərindən şübhələnən Nəciməddin Mehdizadə dərhal dostu Elvin Novruzovu köməyə çağırıb.

Gecə saat 1 radələrində Elvin Novruzov onların yanına gəlib. Bu zaman Nurlan Ataşov bıçağı cibindən çıxarıb və Nəcməddin Mehdizadənin qarın nahiyəsinə qəflətən xəsarət yetirib.

Daha sonra Nəciməddin Mehdizadəyə daha bir neçə bıçaq zərbəsi endirmək istəyib. Elvin Novruzov buna imkan verilməyib.

Nəciməddin Mehdizadə Elvin Novruzovun və hadisə yerində olan digər şəxslərin köməkliyi ilə avtomobillə qısa müddət ərzində xəstəxanaya çatdırıllb. Ona vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Nurlan Ataşovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nəciməddin Mehdizadə bildirib ki, Mil qəsəbəsində qəssab işləyir, Nurlan Ataşovu tanıyır: “Toylarda müğənnilik edən Nurlanın anası Lətafətlə yaxşı münasibətdə olmuşam. Lətafət məndən ət məhsullarını çox zaman nisyə alıb, toydan gələndən sonra pulunu ödəyib”.

Zərərçəkmişin sözlərinə görə, avqustun 18-də, saat 23.30-da Lətafətə zəng edib: “Ondan su borusunun yanına gəlməyi və ətin pulunu gətirməyi xahiş etdim. Bir müddət sonra Lətafət gələrək mənim yanımda, su borusunun üzərində əyləşdi. Bir qədər söhbətdən sonra Nurlanın uzaqdan gəldiyini gördük, Lətafət qaçaraq getdi.

Nurlan məndən burada nə iş gördüyümü soruşdu, cavabda ona hava almağa gəldiyimi, bir azdan evə gedəcəyimi dedim”.

Nəciməddin Mehdizadə qeyd edib ki, Nurlanın çox aqressiv və əsəbi olmağını hiss edib: “Dərhal dostum Elvinə zəng edərək yanıma gəlməsini xahiş etdim. Nurlan məni öldürmək istədiyini dedi, qoluma girərək harasa gizli bir qaranlıq yerə aparmaq istədi. Bu zaman Elvin gəlib çıxdı. Qəflətən Nurlan cibindən bıçaq çıxararaq qarın nahiyəmə bir zərbə vurdu, mən yerə yıxıldım.

Nurlan əlindəki bıçaqla üstümə gəldi, ikinci dəfə vurmaq istəyəndə Elvin Nurlanı yumruq-təpiklə vuraraq əlindəki bıçağı yerə saldı.

Nurlan məni təkrar vurmasın deyə yola tərəf qaçmağa başladım. Bu zaman maşın gəldiyini gördüm. Nurlan həmin maşını üzərimə sürmək üçün sükana əyləşdi. Elvin qolumdan tutaraq məni qonşu evin həyətinə saldı”.

Nəciməddin Mehdizadə bildirib ki, Nurlan onu axtarmağa başlayıb və hay-küy salıb: “Mənim ölmədiyimi görüb heyifsləndiyini, “buraxın onu öldürüm” dediyini eşitdim.

Elvin məni Rəhbər adlı tanışının maşını ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına apardı və orada huşumu itirdim. Əməliyyat olunduğumdan on günə yaxın xəstəxanada yatdım. Nurlanla barışmışam, mənə dəymiş maddi zərər tam ödənilib. Ona qarşı şikayətim yoxdur, onu bağışlayıram”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlan Ataşov 5 il 7 ay 15 gün müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Nurlan Ataşov apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın verilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Nurlan Ataşovun şikayəti təmin olunmayıb.Teleqraf.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

5G texnologiyasının kənd təsərrüfatında tətbiqləri

Next

Rəşad Mahmudov: İctimai yerlərdə çox sıx təmasların azaldılmasına nail olmalıyıq

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv