Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Kriminal

Gizli sevgi, 10 minlərlə pul, İstanbula qaçış – BAKIDAKI MÜƏMMALI QƏTLİN TƏFƏRRÜATI

By Vüsal Rafiqoğlu
02.04.2021 4 Min Read

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Yasamal rayonunu ərazisindəki evdə sələmçi qadını qətlə yetirib mənzildən külli miqdarda pul aparan qrup üzvləri barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ARANTV.AZ xəbər verir ki, məhkəmədə 1970-ci il təvəllüdlü Kərimova Maya Arif qızının qətli ilə bağlı maraqlı faktlar üzə çıxıb. Belə ki, ali təhsilli və evli olan 1987-ci il təvəllüdlü Fərid Axundov əvvəllər sevgi münasibətinin olduğu qadını qətlə yetirərək onun evindəki pul və qızılları ələ keçirmək məqsədilə əvvəlcədən plan qurub. Bu məqsədlə o, Lənkəran rayonundan olan həmyerliləri 2001-ci il təvəllüdlü Heydər Nəsirli və Rəsul Quluzadəni də bu işə cəlb edib və əvvəlcədən hazırladığı plan üzrə 2019-cu ilin sentyabrın 23-də qadının tək yaşadığı Yasamal rayonun Yeni Yasamal-1 yaşayış massivi, bina 2, mənzil 11 ünvanındakı evinə gəlib.

Tanışlıq, sevgi və “sponsorluq”

İstintaqda məlum olub ki, F.Axundov qadını universitetdə oxuduğu vaxtdan tanıyıb və onunla aralarında sevgi münasibətləri olub. Maya onu daima pulla təmin edib, onun əksər xərclərini qarşılayıb. Maya Kərimova faizə pul verməklə məşğul olurmuş. Fərid 2016-cı il tarixdə evləndikdən sonra Maya ilə münasibətlərini kəsdiyini, 2019-cu ilin avqust ayından etibarən lizinqə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olduğunu deyib. Lakin 2019-cu ilin sentyabrında isə onların münasibətləri bərpa olub və görüşmək qərarına gəliblər. Qadın onu evinə çağırıb. Bundan sonra gündəlik avtomobil kredit borcu olan və uzun müddətdir narkotik vasitə aludəçiliyi olan Fərid qadını öldürərək evindəki pul və qızılları götürmək qərarına gəlib.

O, cinayət planına cəlb etdiyi Heydər və Rəsulu da götürərək Yeni Yasamaldakı binanın qarşısına gəlib. Maya Kərimova ona çörək və kompot almasını bildirib. Fərid isə əlavə olaraq yuxu dərmanı da alaraq qadını yatızdırmaq fikrinə düşüb. Evdə olarkən Fərid aldığı feyxoa kampotuna yuxu dərmanı atıb. Lakin kompotun rəngi dəyişdiyindən qadın onu içməyib. Həmin vaxt evə gələn və sələmə götürdüyü pulun bir hissəsini gətirən şəxs həmin şirədən içib və daha sonra evi tərk edib.

Cinayət planının əsas hissəsi

Sələmçiliklə məşğul olan sevgilisinin daim çoxlu pulunun olduğunu bilən Fərid qadının yuxulamadığını görərək bir qədər gözləyib və gecə saat 01 radələrində yataq otağında onunla cinsi əlaqədə olduqdan sonra onun yuxuya getməsini izləyib. Qadının yatdığına əmin olduqdan sonra o, evdə bir qədər gəzib və mətbəxdən bıçaq götürərək geri qayıdıb. Fərid Mayanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirməyə başlayıb. Bu zaman qadın yuxudan ayılıb və “dayan söhbət edək” deyə yalvarmağa başlayıb. Artıq evə daxil olan Rəsul da Fəridə onu öldürməyə kömək edib və F.Axundov son olaraq “Məni bağışla” deyərək daha öldürücü zərbələr endirərək qadının keçindiyinə əmin olub. Onlar daha sonra adyal və balışla vəfat etmiş qadının üstünü örtüblər.

Mənzildə tapılan pul və qiymətli əşyalar

Fərid və Rəsul daha sonra mənzildə axtarış apararaq 10.000 AVRO, 6000 ABŞ dolları və ümumilikdə 10,219 manat (on min iki yüz on doqquz) dəyərində qızıl-zinət əşyalarını, 665 manat dəyərində “Honor 5x” və 350 manat dəyərində “Hoffmann X-PLAY” markalı mobil telefonu götürərək evdən çıxıblar. Evdən çıxarkən Fərid Rəsula mənzildəki hər şeyi dağıtmağı tapşırıb və bu yolla izləri itiəcəyini düşünüb. Qapını bağlayıb binanın pilləkənində olarkən isə Fərid özü geri qayıdaraq mənzildə qazı açıq qoyub və ani partlayış olmasına ümid edib. O, bütün bunları narkotik vasitənin təsiri altında etdiyini və həmin vaxt etdiyi əməllərin mahiyyətini tam anlamadığını bildirib.

Daha sonra onlar maşında gözləyən Heydərlə birgə ərazidən uzaqlaşıblar və ona 100 dollar verərək yola salıblar.

F.Axundov ifadəsində bildirib ki, Rəsulu yalnız evdə pul və qızılları axtararkən çağırıb. Kompota dərmanı isə binaya daxil olarkən töküb və dostlarının bundan xəbəri olmayıb.

Borcların ödənilməsi və qaçış

Hadisədən sonra Fərid Rəsulla öz yaşadığı evə gələrək paltarlarını dəyişib və cinayətdə istifadə etdiyi bıçaqla paltarlarını torbaya qoyaraq çıxıb. O, özü ilə xarici pasportunu da götürüb. Rəsulla birlikdə ilkin olaraq evlərinə yaxın olan bulvarın yeni salınmış yerinə, dənizin qırağına gediblər və bıçağı dənizə atıb. Hadisə vaxtı əynində olan və sonradan dəyişdiyi paltarlarını da orada olan zibil qutularından birinə atıb. Rəsulun da hadisə vaxtı əynində olan və maşında dəyişdiyi paltarını da zibil qutularından birinə atıb. Bundan sonra Rəsulla birlikdə maşınla Heydər Əliyev adına Hava Limanına gediblər və orada Moskvaya ən tez uçan təyyarəyə 400 manata bilet alaraq şəhərə qayıdıblar. Gecəni Fəridgilin evində keçirdikdən sonra səhər saatlarında onlar “Topaz” məntəqəsinə gedərək Fəridin 3100 manat pul borcunu 2500 ABŞ dollar dəyərində ödəyiblər və pulun qalığını almayıblar. Evə gəlib paltarlarını yığan Fərid həyat yoldaşına Moskvaya getdiyini deyib, lakin getmə səbəbini bildirməyib. O, daha sonra həyətdən tanıdğı taksi sürücüsü ilə Gənclik metrostansiyası ərazisindəki lombarda gələrək oraya olan 1800 manat borcu ödəyib və həyat yoldaşının qızıllarının geri qaytarılmasını istəyib. Lakin lombard 1 gün sonra qızılları qaytaracağını bildirib. Fərid isə tanış taksinin qızılları götürəcəyini bildirib.

5 günlük dünya gəzintisi və geri dönüş

Həmin ərazidən aeroporta yola düşən Fərid təyyarə ilə Moskvaya uçub. Burada 2 gecə qaldıqdan sonra İstanbula gedib və İstanbulda olarkən Azərbaycanda axtarıldığını öyrənib. Mayanın evindən götürdüyü 4 min dolları Moskva və İstanbulda xərcləyən və narkotik vasitə tapa bilməyərək tam ayılan Fərid Azərbaycana qayıdaraq təslim olmaq qərarına gəlib. O, İstanbuldan təyyarə ilə Bakıya qayıdıb və aeroportdaca həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən qadın heç vaxt ailə həyatı qurmayıb və övladı olmayıb. Yaxınları onun uzun müddət Orxan adlı şəxslə qeyri-rəsmi yaşadığını bilib. Fəridlə münasibəti barəsində yalnız bacısı İlahənin xəbəri olub.

İstintaq orqanı tərəfindən Farid Axundov, Heydər Nəsirli və Rəsul Quluzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham elan edilib.Publika.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Mal bazarında qətl

Next

Aprel zəfərinə “kor” baxanlar və dördgünlük müharibədə Azərbaycanın qazandığı üstünlüklər

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv