Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ya şeyx, istefa versəniz yaxşı olar! – ŞƏRH

By Vüsal Rafiqoğlu
25.07.2021 4 Min Read
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə dini prinsiplərin nüvəsi və dini tələblərin məhək daşı olan ədalət prinsipinə qarşı çıxır. Hər şeyi dürüst anlamaq üçün cənab şeyxin dediklərinin üzərindən yenidən keçməkdə və onu analiz etməkdə fayda var.
Şeyxin məlum bəyanatı həqiqətlə yalanın sərhədlərinin itdiyinin bariz göstəricisidir, ölkədə İran radikal dini-siyasi ideoloji təmayüllərin yayılmasına hesablanmış çıxışdır. Şeyxülislamın İrana münasibəti aşırı sevgi duyğularına çevrilib, bu, yeni başlayan prosesin təzahürləri deyil, lakin son açıqlama həmin simpatiyanın pik həddə çatdığını göstərdi ki, cənab Paşazadə bunu aşkar şəkildə deməkdən belə çəkinmədi. Həm də şeyxin niyyəti Türkiyə ilə İranı Vətən müharibəsinə münasibətdə tərəzinin eyni gözünə qoymaq cəhdləri idi, bu isə ədalətsizliyin və biabırçılığın son həddidir.
Şeyxülislam əqrəblərini Tehran saatı ilə çoxdan tutuşdurub, bu zamanla tənqid olunub, dini konfessiya nümayəndələrinin Şuşa səfəri zamanı isə cənab Paşazadə sevgisini yeni müstəvidə izhar etməyə dirəniş göstərdi. Hamı kimi İranın ali dini lideri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Ocaq Nejad Ağa da Şuşaya getdi.
Elə ilk sual buradan yaranır: dini konfessiyalar, icmaların içinə rəsmi statusda şəxs niyə qatılır? Bu, cənab Paşazadənin niyyətinin açığa çıxması üçün zəmin hazırlanması demək idi, axı Şuşada da Ocaq Nejad Ağanın başda durub namaz qılması da xeyli müzakirələr yaratdı! Təzəpirdə qılınan Qurban bayramı namazında da cənab Ocaq Nejad Ağanın yenidən “zühur etməsi” şeyxüilslamın proqramında və qrafikində İrana xüsusi münasibətin ağırlıq təşkil etməsinin göstəricisi idi.
Cənab şeyx, həqiqətən də məntiqli sual ortaya çıxır: bayram namazında Ocaq Nejad Ağa niyə Təzəpirə gəlmişdi? Axı, o dini icma da deyil! İlk baxışda jest kimi dəyərləndirmək də olardı, müsəlman dünyasının birliyi, İslamı təməl prinsiplərinin nümayişi, vəhdətlik kimi epitetlərlə bu addıma məntiq yükləmək olardı. Amma yox, cənab şeyx, yox, siz həmin bayram namazında etdiyiniz çıxışla başqa niyyət və məqsəd ortaya qoydunuz, bəlkə heç o bəyanatı səsləndirməsəydiniz üzərinizə getmək üçün əsas tapmazdıq. Hörmətli, şeyxüilslam, axı siz hansı məntiq və fakta söykənib İranın Vətən müharibəsində Qələbə qazanmaqda xüsusi rolunun olduğunu deyirsiniz? Özünüzün hədəfə gəlməməyiniz üçün Türkiyənin də adını çəkirsiniz, ancaq ikinci planda imiş kimi.
Bir daha QMİ sədrinin Vətən müharibəsindəki qələbəni şərtləndirən xarici amillərə istinad edərək səsləndirdiyi məlum bəyanatını xatırladaq:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.
Görürsünüzmü, ali din xadiminin bəyanatında Türkiyənin dəstəyi keyfiyyətcə yox, kəmiyyətcə birinci plana çıxarılır, işğal müddətində və Vətən müharibəsində lal, kar, kor olmuş İran isə önə sürülür.
Cənab şeyx, Türkiyə dövlət və xalq olaraq bütün resursları ilə Vətən müharibəsində Azərbaycana dəstək nümayiş etdirib, mənəvi gücünü əsirgəməyib. Sual edirik: İran nə edib? Yalnız Qələbədən sonra bir-iki diplomatik bəyanatlar səsləndirib, özü də vəziyyətlə məcburi şəkildə barışmağın zəruri olduğunu dərk etdikdən sonra! Hə bir də İrandakı azərbaycanlılar, soydaşlarımız bizə dəstək idilər, lakin İranın teokratik rejimi bunu da boğmaq istəyirdi.
Cənab şeyx, ikinci bir sual: Niyə siz siyasi motivli bəyanat səsləndirirsiniz, axı, din siyasətdən ayrıdır, ya da siz hesab edirsinizsə ki, dini idarə dövlətin siyasətinə xidmət etməlidir, o zaman niyə Türkiyə-Azərbaycan münasibətlərini gözardı edib “söz xəzinənizi” İranın xeyrinə xərcləyirsiniz? Vallah suallar çoxdur, heç bilmirik, onları necə təsnifatlandıraq.
Bir də, cənab şeyx Xameneyi o fikri çoxdan səsləndirib, hərçənd İslam adı altında gizlənib, Ermənistanın xətrinə dəyməmək üçün “Qarabağ Azərbaycan torpağıdır” demək əvəzinə “İslam torpağıdır” deyib. Vətən müharibəsində Azərbaycanın mülki əhalisi, Gəncə şəhəri, Bərdə rayonu raket atəşlərinə tutulanda, dağıntılar altında qalanlar, şəhid olanlar İranın yadına düşmədi, Tehran Azərbaycan xalqına və dövlətinə dəstəyini əsirgədi!
Bir sözlə, Tehran lal, kar, kor olmuşdu indi isə siz onun dilini, qulağını və gözünü açırsınız və Tehranın “ədalətli” mövqeyi haqqında illüziya yaratmağa çalışırsınız. İşğal müddətində Tehran Ermənistanın məscidləri, dini abidələri dağıtmasına, onlara qarşı vandallıq nümayiş etdirməsinə də əcaib səssizlik nümayiş etdirib.
Sizə ən yaxşı cavabı Türkiyə Prezidentinin baş məsləhətçisi M.Mücahit Küçükyılmaz verib və bir cümləlik açıqlaması, hansı dövlətin kimin tərəfində olmasını ortaya qoyur: “Xameneyi Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”.
Bir də, cənab şeyx, cəmiyyətdə sizin haqqınızda bir sosial sifariş də var və bunu sual şəklində səsləndirirlər: Siz nə zamana qədər QMİ sədri postunda əyləşəcəksiniz?
Bilirəm, QMİ-dən bununla bağlı açıqlama istəsək, QMİ Nizamnaməsini, qurultay çağırılması məsələsini – bir sözlə prosedurla bağlı bir sıra bəndləri sadalayacaq. Ancaq Nizamnamədə QMİ sədrinin növbədənkənar qurultay çağırmaq hüququ da təsbit olunub, məncə gec deyil, siz istefaya getmək üçün bu növbədənkənar qurultayı çağırsanız yaxşı olar.
Şeyxüilslam müsahibə də verib, ona qarşı səslənən fikirlərin yanlış olduğunu deyib və mətbuatı fikirlərini təhrif etməkdə təqsirləndirib. Müsahibə ümumilikdə bəyanatın əsl məqsədini malalamaq cəhdidir, amma cənab şeyx bunu da ustalıqla edə bilməyib. Şeyxülislam Küçükyılmazın fikirlərinə etiraz edərək, yenidən İranın mövqeyini dilinə gətirib.
Azmış kimi, Küçükyılmazı Türkiyə ilə Azərbaycanın münasibətlərinə kölgə salmaqda ittiham edib. “Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışmışam. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı?”, – deyə şeyx bildirir.
Axı, cənab Paşazadə, İranın Ermənistana silah göndərməsini deməyin Azərbaycan-Türkiyə münasibətlərinə nə aidiyyəti? İkincisi, “sübut var qoy” demək Tehranın mövqeyinin sizin dilinizə daşınması deməkdir.
Anlamırıq e, anlamırıq! Deyəsən artıq danışıq müvazinətiniz itib, ya da ki, bilərəkdən belə edirsiniz. Əslində danışıqlarınızda müvazinətin getməsini çoxdan görmüşdük. “Vicdanın nə olduğunu bilmirəm” deyərkən. Düzdür, yəqin demək istəmisiniz ki, bu, nisbi anlayışdır, lakin ali dn xadimi vicdan anlayışına düz-əməlli bir cavab verə bilmirsə, məncə onun dindən danışmaq üçün mənəvi hüququ da itir.
Hər halda, istefa üçün kifayət qədər əsaslar var!
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyada hərbi dəniz paradı keçirilib – FOTO/VİDEO

Next

Azərbaycanda son sutkada koronavirusa 386 yeni yoluxma faktı qeydə alınıb – FOTO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv