Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ermənistan və himayədarları yeni reallıqları qəbul etmək məcburiyyətindədirlər

By Vüsal Rafiqoğlu
10.08.2021 4 Min Read

Bu tarixi reallıqları yaradanlar isə qətiyyətli Ali Baş Komandan İlham Əliyev və qalib Azərbaycan Ordusudur

2020-ci ilin sentyabrın 27-dək Azərbaycanın yeganə ağrılı problemi ərazilərinin işğal altında olması idi. Amma xalqımız əmin idi və inanırdı ki, torpaqlarımız günlərin birində azad olunacaq və beləliklə, biz Qarabağa  qayıdacağıq. Ümidlərimizi yaşadan və Qarabağa qayıdış inamını hər gün daha da artıran isə Prezident, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət idi.

Cənab İlham Əliyev hər zaman bəyan edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, üçrəngli bayrağımız Qarabağda dalğalanacaq, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Prezident İlham Əliyev hər zaman böyük qətiyyətlə, əminliklə və inamla bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə ordumuz öz sözünü deyəcək. Və hər şey cənab İlham Əliyevin dediyi kimi də oldu. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu öz sözünü dedi, Ermənistan güc yolu ilə torpaqlarımızdan qovuldu, ərazilərimizdə ikinci erməni dövləti yaratmaq kimi cəfəng xülyaya birdəfəlik son qoyuldu.

Vətən müharibəsindəki Qələbə ilə cənab İlham Əliyev həm də növbəti, eyni zamanda, tarixi vədinə sadiq oldu. Artıq Dağlıq Qarabağ münaqişəsi deyilən bir anlayış yoxdur. Müharibədən sonra Ermənistanın məğlubiyyətini həzm edə, Azərbaycanın Qələbəsi ilə razılaşa bilməyən bəzi dövlətlərin, siyasi mərkəzlərin fikirləri, mövqeləri isə bizim üçün əhəmiyyətsizdir.  Prezident İlham Əliyevin dediyi kimi: «İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr,  bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir».

Təbii ki, əgər 44 günlük Vətən savaşında biz bu işğala son qoymasaydıq ölkəmizin sonrakı taleyi də mürəkkəb proseslərlə müşayiət olunacaqdı. Məhz Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz cəmi 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək  Qarabağdan işğalçıları iti qovan kimi qovdu. 30 ilə yaxın  mifik qələbəsi ilə lovğalanmaqdan «yerə-göyə sığmayan» barbar Ermənistan artıq dünyada ən acınacaqlı vəziyyətə düşən vassal ölkələrdəndir. Təbii ki, bu bərbad vəziyyət günü bu gün də onu qarabaqara izləyir. Halbuki 1992-ci ildən üzübəri erməni liderləri dünyaya qalib duruşlarının görüşlərini göstərməkdən sonsuz «ləzzət» alırdılar. Hamımız erməni liderlərinin -Petrosyanın, Koçaryanın, Sarkisyanın idbar «qalib» sifətlərini sərgiləməklərini də  yaxşı xatırlayırıq. 44 günlük müharibə isə erməni siyasi elitasının bu qondarma «qürur»unu birdəfəlik sındırdı. Ermənistan məğlub edildikdən sonra bu ölkədə həşərat kimi qaynayan siyasi partiyalar indiyədək bir-birini qırır, ittiham edir, bütün dünyaya iqtisadi kollabsa düşdüklərini, nə qədər gülünc görünsə də guya işğala məruz qaldıqlarını  car çəkir, arsızcasına əl açaraq humanitar və hərbi yardım dilənirlər.

Ən qəribəsi odur ki, erməni faşizminə hələ də sığal verənlər var. Belələri erməni faşizmini qınamır, onun öz xalqını hansı fəlakətlərə mübtəla etdiyini dilə gətirmir, əksinə, «yazıq, bədbəxt ermənilərə hələ də «soska» verib onları ayaqda tutmaq üçün milyardlar ayırırlar. Lakin faşist ideologiyasının əsarətinə düşən, özlərini hamıdan ali, müdrik və qədim saymaqla yolunu azan bu rəzil millətə yardımlardan daha çox həqiqəti dərk etmələri, faşist ideologiyasından birdəfəlik üz döndərmələri lazımdır.

Ermənistanın tənəzzülü ilə Azərbaycanın intibahı arasından möhtəşəm mənəvi bir sədd keçir. Bu sədd xalq-iqtidar birliyi ilə hörülərək bizim Vətən, torpaq və bayraq sevgimizlə ucalıb. 44 günlük savaşda ən böyük tarixi qələbəmiz düşməni məğlub etməyimizlə yanaşı, bir-birimizə bağlanmağımız, yumruq kimi birləşməyimiz, xalq iqtidar vəhdətindən yaranan möhtəşəm gücə nail olmağımızdır. Bu birlik bizə inamla, yeni iqtisadi uğurlara doğru addımlamağa imkan verir.

Bəli, bu gün həm Ermənistan, həm də onları himayə edənlərin  Azərbaycanın Qələbəsini, regionda yaranmış yeni reallıqları qəbul etməkdən başqa yolları yoxdur. Bu reallığı yaradan isə Prezident İlham Əliyevdir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev işğalçı Ermənistanı və dünya erməniliyini cəzalandırdı, onlara öz yerlərini göstərdi. Yaxın vaxtlarda isə Zəngəzur dəhlizinin açılması ilə erməni təəssübkeşləri bir daha Azərbaycanın qalib dövlət kimi qüdrətli mövqeyinin şahidi olacaqlar.

Artıq Qarabağ münaqişəsinə son qoyulub. Bu mənada əgər ötən ilin sentyabr ayına qədər dövlətimizin ən əsas məqsədi torpaqlarımızın işğaldan azad olunması idisə, indi  prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və bərpasıdır. Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər isə kifayət qədər çoxşaxəlidir. Bu tədbirlərə hələ müharibənin davam etdiyi günlərdən başlanılıb. Məlum olduğu kimi, Suqovuşana yeni yolun çəkilişinə başlananda Azərbaycan Ordusunun hücum əməliyyatları davam edirdi.

Hazırda  bütün azad olunmuş torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işləri, xüsusilə magistral avtomobil yol, dəmiryol infrastrukturlarının, o cümlədən hava limanının tikintisi davam edir. Qarabağda inşa olunan  yollar bölgənin yenidən qurulması istiqamətində atılan addımların tərkib hissəsi olmaqla yanaşı, həm də Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir.

İşğaldan azad olunmuş rayonlarda artıq yaşayış yerlərinin bərpasına başlanılıb. Aprel ayında Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci «ağıllı kənd» layihəsinin təməli qoyulub. Bu səfər zamanı həm də Ağdamda azad edilmiş torpaqlarda quruculuq və bərpanın ilk Baş Planı təsdiq olunub. Həmçinin Şuşa şəhərində də geniş bərpa işlərinə start verilib. İşğalçıların dağıtdıqları, erməniləşdirilməsinə cəhd göstərdikləri bütün mədəni-mənəvi və tarixi abidələrimiz bərpa olunur.

Prezident İlham Əliyevin  Ağdam rayonuna son səfəri də işğaldan azad edilmiş rayonların bərpasına xidmət edən yeni layihələrə start verilməsi baxımından olduqca əlamətdar idi. Dövlət başçısının iştirakı ilə təməli qoyulan Bərdə-Ağdam avtomobil yolu Qarabağa qayıdışa, azad edilmiş ərazilərin dirçəlişinə xidmət edən mühüm layihədir. Ağdamda həm də işğaldan azad edilmiş ərazilər üzrə ilk Baş Plan təsdiq olundu. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 1 saylı məktəbin təməli qoyuldu. Yaxın gələcəkdə isə azad edilmiş digər rayon mərkəzlərinin-Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərlərinin Baş planları təqdim olunacaqdır. Bununla da gələcək illərdə işğalçı Ermənistanın viran qoyduğu bütün yaşayış məntəqələrində abadlıq və firavanlıq hökm sürəcəkdir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib

Next

Kəsmik bütün yaş dövrlərində qəbul edilə bilər

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv