Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Bərdədə səhiyyə sahəsində atılan addımlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət eləmir-VIDEO

By Vüsal Rafiqoğlu
01.09.2021 3 Min Read

Bərdə rayonunda səhiyyənin idarəolunması vətəndaşların haqlı narazılıqları ilə müşahidə olunur. Xüsusilə poliklinika binasının boşaldılaraq mərkəzi rayon xəstəxanasına yerləşdirilməsi , uşaq xəstəxanasının da eyni qayda da mərkəzi xəstəxanaya köçürülməsi vətəndaşlara xidmət səviyyəsinin artırılmasına deyil, daha da pisləşməsinə səbəb olub.

Onu da qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Bərdəyə xüsusilə böyük qayğı göstərib. O cümlədən , Bərdədə hər cürə şəraiti olan səhiyyə sistemi qurulub. Uşaqlar üçün meşə massivi yaxınlığında uşaq xəstəxanası inşa olunub. Təbii ki, uşaqlar üçün xəstəxananın tikilməsinə görə meşəyə yaxın ərazinin  seçilməsində məqsəd  buranın təmiz havası ilə bağlı olub. Ancaq , indi həmin kriteriyalarla uşaqların həyatına yanaşma TƏBİB-in qərarı ilə dəyişib. Uşaq xəstəxanası Mərkəzi rayon Xəstəxanasına köçürülməklə azyaşlılara qarşı səhiyyədəki laqeyidlik nümayiş etdirilib. Bu barədə rayonun ictimai fəallarıda həyacan təbili səsləndirirlər. Bərdə şəhər sakini Zahid Mikayılov Bərdə səhiyyəsində baş verənlərlə bağlı TƏBİB-i ittiham etməsində də haqlıdır.

Ötən əsrin 80-ci illərində Ümummilli lider Heydər Əliyevin qayğısı ilə  Bərdə səhiyyəsində əldə edilən  nailiyyətlərdən biri də şəhər poliklinikasının istifadəyə verilməsi hesab olunurdu. 150 otaqdan ibarət binada  yüksək səviyyəli şərait yaradılmış, xəstələrə tibbi xidmətin göstərilməsi üçün hərtərəfli imkanların mövcudluğu təmin edilmişdir. Uzun illərdən sonra binanın təmir olunması və yenidən müasirləşdirilməsini bərdəlilərin arzusu olsa da TƏBİB bu binanı da mərkəzi xəstəxanaya köçürməklə bərdəliləri məyus edib. İndi, bina sözün əsl mənasında göz dağına çevrilib. Səhiyyə resursları kifayət qədər mövcud olduğu halda, binaların mövcudluğuna baxmayaraq  bu gün Bərdədə səhiyyə sahəsində atılan addımlar vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət eləmir. Dövlət səhiyyə sistemi məhv edilir, əvəzində özəl səhiyyə müəssisələri çiçəklənir.

Indi xəstəxanada aləm qarışıb bir-birinə.Adam əlindən tərpənmək olmur. Xəstəxananın dəhlizlərində , necə deyərlər, iynə atsan yerə düşməz. Nəzərə alsaq ki, indiki pandemiya şəraitində əhalinin bir yerə yığışmağı xəstəliyin yayılmasına rəvac verir, deməli, təhlükəli virusun yayılmasına Bərdə xəstəxanası da öz töhfəsini əsirgəmir.

Xəstəxananın həyətində avtomobillərin dayanması üçün dayanacaq inşa olunsa da nəqliyyatın hərəkəti düzgün nizamlanmır. Əvvəllər olduğu kimi xəstəxanaya gələnlər maşınlarını korpusların yaxınlığında saxlamağa çalışdıqlarından tıxaclar müşahidə olunur. Sıxlığın yaranmasının əsas səbəbi də ayrı – ayrı istiqamətlərdə yerləşən xəstəxanaların bir yerə cəmləşdirilməsidir ki, bunun da əziyyətini həkimindən tutmuş xəstəsinə qədər hamı çəkir.

Bərdə səhiyyəsində bu sayaq ağır nəticələrə səbəb olmuş “islahat” da şəxsi maraqlardan irəli gəldiyi bildirilib.

Xəstəxananın indiki durumunda görünən mənzərə adamı dəhşətə gətirir. Sanki, Bərdədə dəhşətli xəstəlikdən hamı qırılır. Artıq bu rayonda sağlam adam qalmayıb. Dəhlizlər boyunca  bütün kabinetlərin qarşısında növbələr müşahidə olunur. USM, Rengen, Labaratoriya, həkim qəbullarına düşmək istəyənlərin sayı hesabı olmur.

Poliklinikanın dəhlizində qeydiyyat masasının başı müştərilərlə doludur. Sağlamlıq haqqında arayışa 15 manat vəsait ödədirlər. Sürücülük üçün verilən arayışların qiyməti isə bundan iki dəfə bahadır. Bunun üçün 15 yox, 30 manat tələb edirlər.  Bərdə rayonunun Mustafaağalı kənd sakini də iş yerinə sağlamlıq arayışı almaq istəyir. Buna görə də o, qeydiyyatçıların göstərişi ilə 15 manat ödəyir.

Sənəd almaq üçün uzun vaxt gözləməli olursan.

4 nəfərlik bilgisayarın ikisində qeydiyyat aparılır. Qeydiyyat poliklinikada aparıldığından yaranmış durumdan çarə umulan buranın baş həkimi Mehdi Mehdizadə olur. Ancaq o da prosesdən kənarda olduğunu, qeydiyyatla bağlı məsələnin onun səlahiyyətində olmadığını bildirir. Onunla söhbətdən belə məlum olur ki, qeydiyyatla bağlı ya buranın rəhbərliyi, ya da kı dəhlizdə oturan qeydiyyatçıların böyüyü Pərvanə həkimdən doğru dürüst cavab almaq olar. Mehdi Mehdizadəyə deyəndə ki, “ 4 stolda hamı oturub, işləsə vətəndaşları rahat yola salmaq olar. Vətəndaşlara xidmətin operativliyi artar.” Cavab da belə olur: Yaxşı təklifdir. Ancaq mənim buna səlahiyyətim çatmır.

Bərdə Mərkəzi Rayon Xəstaxanasına direktoru Vüsal Məmmədov bildirib ki, qeydiyyatçının iki nəfər olması pandemiya vaksinasiyası ilə bağlı olaraq əməkdaşların gərgin iş rejimində çalışır. Ayrı-ayrı məntəqələrə ezam olunurlar. Qeydiyyatda vətəndaş sıxlığı müvəqqəti xarakter daşıyır. Tezliklə belə bir problem olmayacaq.

Baş həkimin nəzərinə çatdıranda ki: “pandemiya şəraitində xəstəxanada sıxlıq yaranır.Xəstəliyin yayılmasına rəvac verilir. Belə olan halda operativ xidmətin təmin edilməsinə ehtiyac var”. Cavab belə olub: “ Artıq koronavirus xeyli vaxtdır ki, mövcuddur. İndiyə qədər vətəndaşlarda davranış formalaşmalı idi. Buna görə həkimlər məsuliyyət daşımır.”

Baş həkim Vüsal Məmmədovun deməyinə görə, qeydiyyatla bağlı yaranan çətinliklər müvəqqətidir. Tezliklə düzələcək.

Bərdə Mərkəzi Rayon Xəstaxanasına direktoru Vüsal Məmmədov haqqında onu demək olar ki, əvvəlki rəhbər şəxslərdən fərqli olaraq, medianı dinləməyi bacarır, soruşulanlara mədəni şəkildə cavab verir. Ümid edək ki, media üçün açıq danışmağı bacaran direktor Bərdə səhiyyəsinin problemlərini də aradan qaldırmağı bacaracaq.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Vəli İsrafilov Paralimpiya rekordu qırıb qızıl medal qazandı – FOTO

Next

Oğuz təbiətini mühafizə edən xanım meşəbəyi – VİDEO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv