Şəhid Vüsal İskəndərovun cənnətdəki ilk doğum günü-VIDEO
Sentyabrın 10 nun-da ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş, Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu İsgəndərov Vüsal Asdan oğlunun doğum günü doğulub boya-başa çatdığı Bərdə rayonunun Nifçi kəndində qeyd olunub. Şəhidin 23-cü doğum günü münasibətilə keçirilən tədbirə şəhidin ailə üzvləri, yaxınları,Bərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP rayon təşkilatının nümayəndələri və şəhidin hərbiçi döyüş yoldaşları, kənd sakinləri qatılıblar. Əvvəlcə şəhid İsgəndərov Vüsal Asdan oğlunun kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.Şəhidin xatirəsi anılıb, onun qəhrəmanlığından və vətənpərvərliyindən söz açılıb. Qeyd edək ki, İsgəndərov Vüsal Asdan oğlu 2021-ci ilin iyulundakı Tovuz döyüşlərindən sonra könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində əsgər kimi müddətdən artıq xidmət etməyə başlamışdır. O, sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan kəndlərində və Ağ uçuq adlanan ərazilərdə gedən döyüşlərdə iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər İsgəndərov Vüsal Asdan oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.