Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Ölümü ömür seçənlər” kitabının təqdimat mərasimi keçirildi+FOTOLAR

By Vüsal Rafiqoğlu
25.09.2021 4 Min Read
24 sentyabr 2021-ci il tarixində AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı və Kürdəmir Regionl Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş 39 kürdəmirli Vətən fədaisinin qısa, lakin şərəfli həyatından, döyüş yolundan bəhs edən 721 səhifəlik oçerklərin yer aldığı “Ölümü ömür seçənlər” adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Tədbirdə öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ruhlarına dualar oxundu.
Təqdimat mərasimini giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyəti başçısı vəzifəsini müvəqqəti əvəz edən Ağəli Kərimli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində əldə olunan möhtəşəm Qələbənin müstəqillik tariximizin ən böyük zəfəri olduğunu qeyd etdi. Eyni zamanda o, çıxışında sentyabrın 27-dən başlayaraq cəbhə xəttində işğalçı Ermənistan ordusunun təxribatlarına cavab verən şanlı Azərbaycan Ordusunun qısa zamanda Qarabağ uğrunda başladığımız haqq savaşını Qələbə ilə başa vurmasını, 44 gün davam edən İkinci Vətən müharibəsində qəhrəman oğullarımızın düşmənə sarsıdıcı zərbələr endirərək, onları 27 il işğal altında saxladıqları torpaqlarımızdan qovmasını vurğuladı.
Milli Məclisin deputatı Əminə Ağazadənin köməkçisi Namiq Ağayev çıxış edərək qeyd etdi ki, bu Vətən müharibəsində də Birinci Qarabağ savaşında olduğu kimi – Ali Baş Komandanın səfərbərlik haqqında Sərəncamından sonra Kürdəmir rayonunun yüzlərlə vətənpərvər gənci cəbhəyə yola düşərək, ön cəbhədə əsl şüsaət göstərmiş, yağı düşmənə qarşı mərdliklə döyüşmüşlər. Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təmin olunmasında zabitlər, həqiqi hərbi xidməti yerinə yetirənlər, səfərbərlik çağırışı ilə Milli Ordumuza çağırılanlar və könüllü cəbhəyə gedən yüzlərlə kürdəmirlilər əsl qəhrəmanlıq göstərmişlər. Onlar erməni işğalçılarının neçə-neçə canlı qüvvəsini məhv edərək, onlarla döyüş texnikasını ələ keçirmiş, torpaqlarımızın azad edilməsində əsl şücaət göstərərək yeni şanlı tarix yazmışlar.
Tədbirə monitor vasitəsilə qoşulan kitabın redaktoru, tarix elmləri doktoru, professor Habil Məmmədov çıxışında Qəhrəman şəhidlərimizin adları əbədiləşdirilməsinin, büstlərinin qoyulmasının, adlarına bulaqlar açılmasının, şəhid məzarlarının ziyarətgaha çevrilməsi,hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərin həyat tarixçəsinin qan yaddaşına köçürülməsinin Şəhidlər qarşısında vətəndaşlıq borcu olmasından söz açaraq, istedadlı qələm sahibi Yaqut xanımın oxuculara təqdim olunan kitabının şəhidlərin unudulmaması və gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğuladı.
Təqdimat mərasiminə Xarkov şəhərindən monitor vasitəsilə qoşularaq münasibətini bildirən Dövlət İdarəetmə Elmləri doktoru, professor, “Ukrayna-Azərbaycan Dostluq Cəmiyyəti”nin fəxri üzvü Azad Ömərov qeyd etdi ki, “Ölümü ömür seçənlər” kitabının Vətən yanğısını söndürməyə gedən oğullardan bəhs edən kitabın oxunaqlı olmağına səbəb müəllifin gördüklərinə, eşitdiklərinə, oxuduqlarına, igid şəhidlərimizin valideynləri, müəllimləri, qohum-əqrabalarının söylədiklərinə şərik olan yazıçı təxəyyülünün məhsuludır. Müəlifin bəzən bədiləşdirdiyi səhnələrin də öz koloriti ilə kitabı daha həyacanla oxumağa vadar edir.Bununla yanaşı, müəllifin təqdim etdiyi bu kitab yeniyetmələrə, gənclərə vətənpərvərlik ruhu aşılayır və gələcəkdə qəhrəmanlıq, vətənpərvərlik, anaya sevgi, saf məhəbbət, dosta sədaqət və s. haqqında yazılacaq əsərlərdə bir məlumat mənbəyi kimi istifadə oluna bilər.
Rayonun din xadimləri Füzuli Cəfərov, Aqil Əliyev, şəhid baş leytenat Fərrux Hüseynovun atası Baxış Hüseynov, şəhid gizir Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, şəhid Ziyadxan Əliyevin anası Müşgünaz Həziyeva, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəsisi Faiq Xudanlı, Vətən müharibəsi qazisi Fariz Əzizov, dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva çıxış edərək bildirdilər ki, Kürdəmir şəhidləri haqqında yazılan “Ölümü ömür seçənlər” kitabı onların xatirələrinin əbədiləşdirilməsi uğrunda atılan təqdirəlayiq addım olmasını və hərbi vətənpərvərlik ruhunun aşılanması üçün vacibliyini vurğuladılar və müəllifə qısa zaman ərzində belə dəyərli kitabı ərsəyə gətirdiyinə görə şəhid ailələri adından minnətdarlıqlarını bildirdilər.
Tədbirdə şəhidlərimizə həsr olunan foto slayd nümayiş edildi.
Məktəblilər “Ölümü ömür seçənlər” kitabından hazırladıqları kompazisiyanı tədbir iştirakçılarına təqdim etdilər.
Təqdimat mərasiminin sonunda kitabının müəllifi Yaqut Bahadurqızı onun əməyinə göstərilən diqqətdən məmnunluğunu ifadə etdi və tədbirin iştirakçılarına öz minnətdarlığını bildirdi. “Ölümü ömür seçənlər” kitabı şəhid ailələrinə hədiyyə edildi.
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid ailələrini evində ziyarət edib+FOTO

Next

Azərbaycanla sərhəddə leysan yağışların yaratdığı qorxunc mənzərə – VİDEO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv