Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir.

By Vüsal Rafiqoğlu
04.10.2021 4 Min Read
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin birinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 1-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.
Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.
Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Otuz ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susdu və münaqişəni həll etmədi. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi, ermənilərin xeyirinə olan status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı-BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. 27 il ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana hücum etdi. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə uzun müddət ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bununla həm Azərbaycan özünün konstitusiyasının tələbindən irəli gələn məsələni həll etmiş oldu, həm də BMT TŞ-nın kağız üzərinə qalan qətnamələrinin həyata keçməsinə nail ola bildi. Doğma torpaqlarımızı azad etməklə xalqımız şərəfli tarix yazdı.
Bütün Cəbrayıl əhalisi və Azərbaycan xalqı səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyirdilər. İnsanlarımızda bu günün gələcəyinə inam itməmişdi. İnsanlarımızda bir inam var idi ki, biz gec-tez öz doğma torpaqlarımıza qayıdacağıq: “Bunun nə zaman reallaşacağı ilə bağlı tez-tez bizə də sual olunurdu. 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu torpaqlarımızı azad etməyə başladı. Bizə ünvanlanan sualların cavabı aydınlaşdı. İlk azad olunan rayon məhz Cəbrayıl rayonu oldu. Oktyabrın ilk günləri Cəbrayılın bir çox kəndləri müzəffər ordumuz tərəfindən azad edildi, oktyabrın 4-də isə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu-Cəbrayıl şəhəri azad edildi. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. 27 ildən sonra Azərbaycan böyük qələbəyə imza atmışdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələbləri Azərbaycan öz ordusunun gücünə həyata keçirdi.
Bilirsiniz ki, 2016-cı ilin aprel döyüşlərində Cocuq Mərcanlı azad edilmişdi. Cəbrayıllılar oraya gedib işğal altında olan rayonumuza həsrətlə tamaşa edirdilər. Cocuq Məcanlıdan Cəbrayılın mərkəzinə 13 kilometrdir. Qəhrəman Azərbaycan ordusu, Ali Baş Komandanımız cəbrayıllıların həsrətinə son qoydu”.
Müharibə başlayandan bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistan ordusunun ilk, ən ciddi və böyük miqyaslı zərbə alması oldu. Nəticədə düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yarandı: “Düşmən 27 il ərzində Cəbrayıl ərazisində çox güclü müdafiə səddləri, səngərlər, bunkerlər inşa etmişdi. Cocuq Mərcanlıya yaxın Mehdili kəndində son bir neçə ildə çox müasir bir bunker də tikmişdilər. Yəni ermənilər bizim ordumuzun qarşısını kəsmək üçün bir neçə sədd qurmuşdular. Eyni zamanda çoxsaylı minalar basdıraraq bizim öz torpaqlarımızı azad etməyimizə bütün vasitələrlə mane olmaq istəyirdilər. Amma Azərbaycan ordusu öz peşəklarlığını nümayiş etdirdi. Biz birinci müdafiə səddini yarıb keçdik, ikincisi daha güclü sədd idi, ordumuz onu da dağıtdı və ermənilərin müqaviməti qırıldı, torpaqlarımız azad edildi. Cəbrayıl rayonun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya, ruh düşkünlüyünə gətirib çıxardı. Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsində ciddi təsirini göstərdi”.
Əlamətdar hadisələrdən biri Cənab Prezidentin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş Cəbrayıla, Xudafərin körprüsünə səfər etmələri oldu. Müharibənin başa çatmasından az sonra noyabrın 16-da həyata keçirilən bu, səfər qələbəmizin möhkəmlənməsində mühüm rol oynadı: “Prezident oradan bəyan etmişdi ki, Cəbrayıl qurulacaq, bərpa ediləcək. O zamandan uzun zaman keçməyib, artıq Cəbrayılda quruculuq bərpa işlərinə başlanılıb və sürətlə həyata keçirilir.
İnsanlarımız səbirsizlikə o günü gözləyirlər ki, onlar öz doğma yurdlarına yaşamaq üçün qayıdacaqlar. Biz heç zaman inamımızı itirmədik, biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə torpaqlarımız mütləq azad olunacaq. Bu gün artıq biz Cəbrayılın azad olunmasının 1 illiyini qeyd edirik. Bir il çox sürətlə keçdi və bu qələbəmiz hər birimizi sevindirir, əminik ki, cənab Prezidentimizin rəhbərliyi ilə xalqımızı qarşıda yeni-yeni uğurlar gözləyir”.
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

03 oktyabr 2021-ci il tarixdə şəhidlərimizin il dönümü qeyd olunmuşdur+FOTOLAR

Next

İlham Əliyev Cəbrayıl rayonunda – FOTO

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv