Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Qoşulmama Hərəkatı üzv dövlətləri ümumi düşmən qarşısında təşkilatlana bildi – Ceyhun Bayramov

By Vüsal Rafiqoğlu
04.10.2021 4 Min Read

Qoşulmama Hərəkatına (QH) üzv dövlətləri arasında fərqli mövqelər olsa da, biz ümumi düşmən qarşısında təşkilatlana bildik. Buna görə də düşünürük ki, birliyimizi daha da möhkəmləndirmək üçün başqa potensial sahələri də araşdırmalıyıq. Bu baxımdan QH Gənclər Şəbəkəsi bizim Hərəkatımız üçün qiymətli bir əlavə dəyər olacaqdır.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Təsis İclasının açılış sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib: “Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasında hamınızı salamlayıram. Hərəkatın yaranmasının 60 illiyini qeyd etdiyimiz bu tarixi dövrdə belə bir şəbəkənin yaradılması təşəbbüsünü irəli sürmək Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan üçün böyük fəxrdir.

Bildiyiniz kimi, hələ Hərəkatın 2019-cu ildə Bakıda keçirilmiş Zirvə Görüşündə Qoşulmama Hərəkatına üzv dövlətlərin dövlət və hökumət başçıları QH ölkələrindən olan gənclərin davamlı tərəqqisinə nail olmaq istiqamətində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin öhdəsindən gələ bilmək üçün vətəndaşı olduqları ölkələrin göstərməli olduqları birgə və adekvat səylər barədə fikir mübadiləsi aparmağa imkan yaratmaq məqsədilə Hərəkatın Gənclər Şəbəkəsinin yaradılmasına dəstək ifadə etmişlər.

Bu anlaşmadan hərəkət edərək, QH-nin Azərbaycan sədrliyi, tədricən qlobal miqyasda ən təsirli gənclər təşkilatlarından birinə çevrilməsi gözlənilən QH Gənclər Şəbəkəsinin konsepsiyasını hazırlamışdır.

Dünya bu gün tarixin ən böyük gənc nəslinə sahibdir – 1.8 milyard. Bunların 90%-ə yaxını mütləq əksəriyyətini QH üzv dövlətlərinin təşkil etdiyi inkişaf etməkdə olan ölkələrdə yaşamaqdadır.

Bir-birləri ilə heç vaxt olmadığı qədər əlaqəli olan gənc insanlar, yenilikçi həll yolları təklif etməklə və sosial inkişafın aparıcı qüvvəsinə çevrilməklə cəmiyyətlərinin inkişafına töhfə verirlər. Eyni zamanda onlar, keyfiyyətli təhsil, səhiyyə, layiqli iş, məcburi yerdəyişmə, ayrıseçkilik və kənarda qalmanın müxtəlif formaları kimi çoxşaxəli çağırışlarla qarşılaşırlar ki, bu da onlara imkanlarından tam şəkildə istifadə etməyə imkan vermir. Gənc insanların bu çağırışların öhdəsindən necə gəlməsi və öz yollarını müəyyən etməsi bəşəriyyətin inkişafı baxımından vacibdir. Gəncliyin inkişafı və iştirakı Dayanıqlı İnkişaf 2030 gündəliyinin də əsas elementlərindən biridir.

Azərbaycan inanır ki, QH Gənclər Şəbəkəsinin əsaslı təşkilatlanma və aydın, nəticə yönümlü baxışla formalaşması QH gənclərinin öz inkişaflarına dair çağırışlara daha təsirli cavab verməsi və QH gəncliyinin birgə ismarıclarının beynəlxalq ictimaiyyətə daha sistemli şəkildə çatdırılmasına imkan yaradacaqdır.

QH üzv dövlətləri, Gənclər Şəbəkəsinin müvafiq BMT agentlikləri və gənclərə dair qurumları ilə yaxın əməkdaşlıq və tərəfdaşlıq şəraitində müxtəlif beynəlxalq forumlarda QH gəncliyinin maraqlarını təmsil etməsini və sülh və təhlükəsizliyə qarşı artan çağırışlar fonunda QH-nin mühüm missiyasına dair gənclər arasında məlumatlılığı artırmasını gözləməkdədir.

Gördüyünüz kimi, sizin missiyanız QH üzv dövlətlərinin rəsmi nümayəndələri olaraq bizimkindən daha az əhəmiyyətli və az çətin deyil. Bununla bərabər, biz sizə inanırıq və əminik ki, bilikdə hərəkət etməklə siz qarşınızda duran çətinliklərin öhdəsindən gələcək və Şəbəkənin mümkün olduğu qədər axıcı və təsirli fəaliyyətini təmin edəcəksiniz.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin prioritetlərindən biri də müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini təşviq etməkdir. QH sədrliyi kimi bu mühüm və məsuliyyətli vəzifəni qəbul edərkən, Azərbaycan çoxtərəfliliyin və Bandunq prinsiplərinin təşviqinə dair qətiyyətli sadiqliyini bəyan etmişdir. O vaxtdan, biz təsis prinsiplərinin ruhunu və onlara bağlılığın əhəmiyyətini təşviq etmək üçün səylərimizi əsirgəməmişik.

COVID-19 pandemiyasının yayılması ilə baş verən görünməmiş və gözlənilməz miqyasda çağırışlar effektiv çoxtərəflilik üçün başlıca sınaq rolu oynadı. Məmnuniyyətlə qeyd etmək istərdim ki, pandemiyaya qarşı vaxtında, birgə və effektiv addımlarla bizim Hərəkatımız bir daha çoxtərəflilik aləmində davam edən rolunu və etibarlılığını nümayiş etdirmişdir.

Bu mürəkkəb zamanlarda bizim təşkilatlanmaq və praktik həll yolları təklif etmək qabiliyyətimiz beynəlxalq səviyyədə təqdirlə qarşılanmışdır. Dünya liderləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri böhran qarşısında Hərəkatın nümunəvi və diqqətəlayiq həmrəyliyini təqdir etmişlər. Bizim həmrəyliyimiz nümayiş etdirdi ki, qlobal əhəmiyyətli bir sıra məsələlərə dair QH üzv dövlətləri arasında fərqli mövqelər olsa da, biz ümumi düşmən qarşısında təşkilatlana bildik. Buna görə də düşünürük ki, birliyimizi daha da möhkəmləndirmək üçün başqa potensial sahələri də araşdırmalıyıq. Bu baxımdan QH Gənclər Şəbəkəsi bizim Hərəkatımız üçün qiymətli bir əlavə dəyər olacaqdır.

Təsis iclasının gündəliyinə QH Gənclər Şəbəkəsinin əsasını möhkəm və düzgün qoymaq üçün vacib olan bir çox mühüm məsələ daxildir. İnanıram ki, yenilikçi fikir və düşüncələriniz sayəsində Şəbəkənin təsis edilməsi və bizim gözləntilərimizi doğrultmaqla bağlı effektiv nəticələr əldə edəcəksiniz.

Bildiyiniz kimi, bu il QH-nin 60 illiyini qeyd edirik. 2021-ci ilin oktyabr ayının 11-12-də, Belqradda, Serbiya və Azərbaycan Hərəkatın 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Yubiley Tədbiri təşkil edəcəkdir. QH təsisçi üzv dövlətlərinin liderləri, o cümlədən bütün QH üzv dövlətlərinin xarici işlər nazirləri tədbirə dəvət olunub. Təsdiq edilmiş iştirakçıların səviyyəsi kifayət qədər yüksəkdir və QH üzv dövlətlərinin Hərəkatın tarixi dəyər və prinsiplərinə sadiqliyinin göstəricisidir.

Bu tədbir, üzv dövlətlər üçün ötən 60 il ərzində həyata keçirilmiş birgə fəaliyyətin dəyərləndirilməsi və bizlərin, üzv dövlətlərin ortaq baxış və birləşmiş güclə çoxşaxəli və davam edən çağırışlara necə reaksiya verməli olduğumuzun əks etdirilməsi imkanı olacaqdır.

Fürsətdən istifadə edərək, mən Təsis İclasına Yubiley Tədbiri üçün QH Gənclər Şəbəkəsinin tövsiyələrini işləyib hazırlamağı təklif edirəm. İnanıram ki, bu tövsiyələr olduqca faydalı və QH üzv dövlətlərinin gələcək siyasətlərinin müəyyən edilməsi ilə bağlı düşüncələr üçün qiymətli material olacaqdır. Qarşıdan gələn 2 gündə sizə səmərəli görüş və uğurlu müzakirələr arzulayıram.

COVID-19 pandemiyası ilə əlaqədar fiziki iştirakla görüşlərin təşkili ilə bağlı məhdudiyyətləri nəzərə alaraq, bu iclası virtual keçirməli olduq. Buna baxmayaraq, şərtlər imkan verən kimi hamınız Azərbaycanda görməkdən məmnun olacağıq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şəhid Natiq Verdiyevin adını daşıyan bulağın açılışı olub – VİDEO

Next

Kaliforniya Universitetinin alimləri insan bədəninə bərkidilən generator hazırlayıblar

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv